05 Dekabr 2019 00:53
376
SİYASƏT
A- A+

Ermənistanı yeni etiraz dalğaları bürüyür


N.Paşinyan iqtidarının atdığı addımlar işğalçı ölkədə ciddi narazılıqla qarşılanır


Sosial və siyasi ədalətsizliyin getdikcə geniş vüsət aldığı Ermənistanda gərginlik artır. Buna əsas səbəb isə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra sosial-iqtisadi vəziyyətin düzəlməsi əvəzinə daha da ağırlaşmasıdır. Ermənilər birmənalı şəkildə bəyan edirlər ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə vəziyyət düzəlməyəcək. Getdikcə daha gərgin xarakter almağa başlayan ictimai-siyasi vəziyyət bu ölkədə həm də xaotik bir durum formalaşdırmağa başlayır. Çünki hakimiyyətə qarşı artan etiraz dalğaları fonunda aksiyalar səngimir.

Aksiyaların hədəfi müxtəlifdir. Bəziləri əvvəlki kütləvi etirazlar zamanı irəli sürdükləri tələb və problemləri yenidən baş nazirin yadına salırlar. Bu günlərdə Yerevanda avtomobil idxalçıları Ermənistan Dövlət Gəlirlər Komitəsinin binası qarşısında da etiraz aksiyası keçiriblər.

Etirazçılar Gümrüdəki yeni avtomobil gömrüyünün işindən narazıdırlar. Onlar Yerevandakı Xorenasi küçəsini bağlayıblar. Qeyd edək ki, cari ilin sentyabrında avtomobil idxalçıları hökumət binasının qarşısında etiraz aksiyası keçirmişdilər.

Son günlərdə isə erməni əhalisinin narazı kütləsinə Yerevanda təhsil alan tələbələr və müəllimlər də qoşulub. Yerevan Dövlət Universitetinin tələbələri noyabrın əvvəllərindən etiraz əlaməti olaraq dərslərə getməyiblər. Onların narazılığı isə "Ali təhsil və elm haqqında” yeni qanun layihəsindəndir. Ötən ayın ortalarında universitetin müəllimləri də aksiyaçılara qoşularaq birgünlük tətil elan ediblər. Onların narazılığı yeni qanun layihəsində ali məktəblərin qeyri-humanitar fakültələrində erməni dili, ədəbiyyatı və tarixini öyrənməyin vacib olmaması barədə müddəanın nəzərdə tutulmasıdır.

Ötən ayın əvvəllərindən etibarən davam edən etirazlar, nəhayət, nəticə verib. Ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi xüsusi bəyanatla çıxış edərək bildirib ki, hətta qanunun qəbul edilməsindən sonra belə istənilən universitetin elmi şurası bütün fakültələrdə bu fənlərin məcburi qaydada tədris edilib-edilməməsi ilə bağlı müstəqil qərar qəbul edə bilər. Amma bu da vəziyyətin sabitləşməsinə kömək etməyib. Aksiyalar hələ də davam edir.

Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin müəllimləri aksiyaçıları müdafiə etmələrinin səbəbini belə izah ediblər ki, məqsəd qanun layihəsində "erməni dili” və "erməni tarixi” fənlərinin tədrisinin məcburi olması barədə maddənin saxlanmasıdır.

Yeri gəlmişkən xatırladaq ki, "Aravot” qəzetinin sosial şəbəkədəki kanalı hazırladığı reportajda məhz Paşinyan rejimi şəraitində Ermənistanda yoxsulluq və korrupsiyanın sürətlə inkişaf etdiyini bildirib. Aparılmış araşdırma nəticəsində Ermənistanda gənclərin üçdə ikisinin ölkəni tərk etmək haqqında düşündüyü, həmçinin onların ölkədə mövcud olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyus olmaları bildirilir. Rəsmi məlumatlarda ölkə əhalisinin 30 faizinin yoxsul yaşadığı göstərilsə də, real vəziyyətin daha da acınacaqlı olduğu ehtimal edilir.

"Lragir” qəzeti isə yazır ki, ölkədə hakimiyyət özbaşınalığı və perspektivin olmaması səbəbindən gənclərin qruplar halında əsasən Rusiya istiqamətində miqrasiya etmələri və Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxunun öz gələcəyini itirdiyi qeyd olunur: "Ermənistan hökuməti əhalinin, xüsusilə gənclərin ölkəni birdəfəlik tərk edərək digər ölkələrə üz tutmasından heç bir narahatlıq keçirmir, əksinə, miqrasiya edən gənclərlə narazı elektoratın və gələcək potensial inqilabçı-gənclərin sayının azalmasına və bu yolla hakimiyyətdə qalmaqda davam etməyə ümid edir”.

Yeri gəlmişkən, bu günlərdə Rusiyanın Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası "Rusiyadakı iqtisadi vəziyyətin monitorinqi” ilə bağlı hesabat yayıb. Hesabatda daha çox Qazaxıstan, Ukrayna, Tacikistan və Ermənistan vətəndaşlarının Rusiyaya iş axtarmaq adı ilə gəldiyi bildirilir. Son zamanlar Belarus və Moldovadan gələn miqrantların sayında azalma olsa da, Ermənistandan gələn miqrantların sayında, əksinə, çoxalma müşahidə edilməkdədir. Rusiya rəsmi idarəsinin bildirdiyinə görə, əgər 2018-ci ildə Ermənistandan Rusiyaya birdəfəlik yaşamaq üçün 4,9 min nəfər gəlmişdisə, 2019-cu ilin yanvar-aprel aylarında bu göstərici 12,8 min nəfəri ötüb.

Göründüyü kimi, bütün sahələrdə yaranan narazılıqla bağlı genişlənən aksiyalar Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Nikol Paşinyan hökumətinin heç iki ili bitməmiş aksiyaların keçirilməsi müəyyən qüvvələrin, xüsusən də revanşistlərin marağının təmin olunmasına cəhd kimi də qiymətləndirilə bilər. Başqa sözlə, həmin qüvvələrin maraqları təmin olunmayacağı halda Ermənistanda perspektivdə qarşıdurma yaranmasına zəmin hazırlanır. Əslində, bu qarışdurma artıq başladığından Ermənistanı daha çətin günlər gözləyir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video