04 Dekabr 2019 01:53
468
İQTİSADİYYAT
A- A+

Moskvada “Qış mövsümündə Azərbaycanda turizm imkanları”na dair seminar keçirilib


Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın Moskva şəhərində "Qış mövsümündə Azərbaycanda turizm imkanları” mövzusunda seminar keçirilib. Seminarda Rusiyanın 100-ə yaxın turoperatoru, turagenti və turizm sənayesinin nümayəndələri iştirak edib.

"Şahdağ” Turizm Mərkəzi və "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək kurortlarının nümayəndələri tərəfindən Azərbaycanın qış turizmi imkanları, dağ-xizək mərkəzlərində təqdim olunan xidmətlər haqqında ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Qəbələdəki sağlamlıq və özünübərpa turizmi üzrə fəaliyyət və xidmətlərdən danışılıb, Qəbələ şəhərinin qədim müalicə adət-ənənələrindən və sanatoriyalarından bəhs olunub.

Tədbir çərçivəsində vurğulanıb ki, rusiyalı turistlərin qış aylarında istirahət destinasiyası olaraq seçdikləri ölkələr arasında Azərbaycan ilk sıralardadır, həmçinin dekabr ayından mart ayınadək davam edən qış turizm mövsümündə ölkəmizə gələn Rusiyadan olan ziyarətçilərin sayı ildən-ilə artmaqdadır.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video