03 Dekabr 2019 19:23
415
İQTİSADİYYAT
A- A+

Almaniyanın “Top Energy News” portalı TANAP qaz kəmərindən yazır


Almaniyanın "Top Energy News” portalında yerləşdirilən yazıda Azərbaycan və Türkiyə Prezidentlərinin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP təbii qaz kəmərinin Avropaya birləşən hissəsinin açılış mərasimində iştirak etdikləri bildirilir.

AZƏRTAC xəbər verir ki, məqalədə TANAP barədə, onun Cənubi Qafqaz Boru Kəməri və TAP ilə birgə 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizini təşkil etdiyi qeyd olunub. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından çıxarılan qazın 6 milyard kubmetrinin TANAP vasitəsilə Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropa ölkələrinə məhz bu kəmər ilə nəql olunacağı vurğulanır. TAP konsorsiumunun noyabrın əvvəlində verdiyi məlumata istinad edilə yazıda boru kəmərinin Yunanıstan ərazisindən keçən 2 kilometrlik hissəsinin artıq qaz ilə doldurulduğu bildirilir. Həmçinin TAP kəməri ilə 10 milyard kubmetr qazın Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatdırılacağı vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video