03 Dekabr 2019 19:06
553
CƏMİYYƏT
A- A+

109 saylı Balakən seçki dairəsinin seçki məntəqələri səsverməyə hazırdır


109 saylı Balakən seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Təqvim planı”na uyğun davam etdirilir.

Dairə seçki komissiyasının sədri Vahid Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçkilərdə bu dairə üzrə 14 bələdiyyəyə, ümumilikdə, 140 nəfər bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 486 nəfərdir. Onlardan 151 nəfəri YAP və digər siyasi partiyaları təmsil edirlər. İndiyədək 376 nəfər müşahidəçi qeydiyyata alınıb və bu proses davam edir.

Komissiya sədri qeyd edib ki, dairənin tərkibinə daxil olan 39 seçki məntəqəsinin hər biri səsvermə gününə tam hazır vəziyyətdədir. Səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıq və vasitələrlə təchiz edilib, 8 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 43 min 775 nəfərdir. Onlardan 1080 nəfəri dekabrın 23-də ilk dəfə səs verəcəklər.

Dairə və məntəqə seçki komissiyaları üzvlərini maarifləndirmək və peşə hazırlığını yüksəltmək məqsədi ilə seminar və treninqlər keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video