30 Noyabr 2019 13:53
640
CƏMİYYƏT
A- A+

Gənc tədqiqatçı-jurnalistin “Erməni terroru və Qriqorian kilsəsi” kitabı işıq üzü görüb


Tədqiqatçı-jurnalist, "Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Anar Turanın "Erməni terroru və Qriqorian kilsəsi” adlı Azərbaycan və ingilis dillərində yeni araşdırması çap olunub.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin layihəsi çərçivəsində nəşr edilib.

Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda erməni kilsəsinin tarixi, bu xalqın milli-irqçi identifikasiyasının formalaşmasında kilsə amili, bundan əlavə, Qriqorian kilsəsinin XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ərazisində terror fəaliyyətində bilavasitə iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə istinadən təkzibolunmaz faktlar təqdim edilib.

Kitabda Qriqorian kilsəsinin erməni separatizminin ilk rüşeymi olması, erməni millətinin psixologiyası və iddiaları, qonşu xalqlara aqressiyasının kökündə hansı səbəblərin dayanması, ermənilərin türklərə qarşı iğtişaşlarında digər xristian missionerlərin fəaliyyəti açıb göstərilib.

Xarici ölkələrdə erməni diaspor və lobbi təşkilatlarının təhrif olunmuş həqiqətlərə söykənən qatı anti-Türkiyə və anti-Azərbaycan təbliğatını, erməni millətçiləri ilə informasiya müharibəsində əhəmiyyətli elmi-faktoloji material hesab edildiyini nəzərə alaraq "Erməni terroru və Qriqorian kilsəsi” monoqrafik elmi işi həm də ingilis dilinə tərcümə olunub.

Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov, rəyçiləri, professorlar Qasım Hacıyev və Mais Əmrahovdur.

Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov, tərcüməçisi Ceyhun Bayramlı, ingilis dilli versiyanın redaktoru Bakı Slavyan Universitetinin dissertantı Afət Əliyeva, Azərbaycandilli versiyanın redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.

Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və xarici ölkələrin ekspertləri üçün nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video