30 Noyabr 2019 01:15
1012
Təhsil
A- A+

Paytaxtın uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət araşdırılıb


Artıq 2 aydan çoxdur ki, Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlamalar aparılır.

Qeyd edilən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində geniş tərkibli seminar-müşavirə keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan danışmış, Bakı şəhərində tikilən və əsaslı təmir olunan uşaq bağçaları barədə məlumat vermişdir.

Daha sonra müşavirədə uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilmişdir. Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilmiş, lakin bununla yanaşı, bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanmışdır. Müşavirədə aşkar edilmiş nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilmişdir. Keçirilən seminar-müşavirədə bağçalarda sanitar epidemoloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və tibb işçiləri tərəfindən ətraflı izahat verilmişdir.

Toplantıda aşkarlanmış nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qısa müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilmişdi. Bu məsələ nəzarətə götürülmüşdür.

Müşavirədə həmçinin bağçalara elektron qəbula keçidlə bağlı məlumat verilmişdir. Bildirilmişdir ki, bu istiqamətdə işlər başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaqdır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video