22 Noyabr 2019 22:50
576
SİYASƏT
A- A+

Varşavada erməni təxribatının qarşısı alınıb


Polşanın Varşava şəhərində ənənəvi "TT Warsaw” turizm sərgisi açılıb.

Sərgidə Ermənistan tərəfini təmsil edən "Etnoarmenia” turizm şirkəti təxribata cəhd göstərib. Belə ki, sərgidə müstəqil stenddə deyil, "Local Host Georgia” şirkətinə məxsus stenddə iştirak edən erməni şirkəti "Map of Armenia Nagorno Karabakh and Yerevan” adlı xəritələri yaymağa cəhd edib.

Bununla əlaqədar Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dərhal "TT Warsaw” sərgisinin təşkilatçılarına şifahi və yazılı şəkildə xəbərdarlıq edilib. Həmçinin Gürcüstanın Polşadakı səfirliyinə, Azərbaycanın Xarici İşlər Nazirliyinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verilib.

"TT Warsaw” sərgisinin təşkilatçıları Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşının iştirakı ilə Ermənistanın "Etnoarmenia” şirkətinə məxsus bütün təxribat xarakterli materialları müsadirə ediblər. Sərginin təşkilatçıları tərəfindən "Etnoarmenia” şirkətinə şiddətli xəbərdarlıq edilib və belə bir hal təkrarlanacağı təqdirdə onların sərgidən dərhal kənarlaşdırılacağı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video