21 Noyabr 2019 16:04
644
CƏMİYYƏT
A- A+

Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak ediblər. Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan 12-ci tur-aksiyanın əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, ölkə başçısının qətiyyəti və iradəsi ilə respublikamızın dinamik inkişafı, abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdan ibarətdir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tur-aksiya çərçivəsində məktəblilər Gəncə-Şəmkir-Göygöl, Lənkəran-Masallı-Astara, Qəbələ-Şəki-Zaqatala və Quba-Qusar-Xaçmaz istiqamətləri üzrə səfər ediblər.

Səfərlər çərçivəsində məktəblilər bölgələrin genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsi və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, tarixi məkanlar, yeni tikililər, turizm iqtisadiyyatı və multikulturalizm ənənələri ilə yaxından tanış olublar.

Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında "Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilib, qaliblərə xatirə hədiyyələri təqdim edilib, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil olunub.

Noyabrın 13-16-sı və 18-21-i tarixlərini əhatə edən 12-ci tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından ümumilikdə 3 min 190 nəfər iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video