21 Noyabr 2019 12:43
695
DÜNYA
A- A+

Serj Sarkisyan: Ermənistanda demokratiya və konstitusiya normaları pozulur


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Zaqrebdə keçirilən Avropa Xalq Partiyasının qurultayında çıxışında bildirib ki, Ermənistanda demokratiya və konstitusiya normaları pozulur. O, indiki populist insanların hakimiyyətə gəlməsində öz günahını da etiraf edərək qeyd edib ki, Paşinyan hökuməti heç bir inqilabi dəyişikliklər həyata keçirməyib.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Sarkisyan daha sonra əlavə edib: "İl yarım əvvəl hakimiyyətə gələnlər ölkənin daxili və xarici siyasətinə heç bir inqilabi dəyişiklik gətirməyib. Əksinə, respublikada demokratiya və konstitusiya normaları kobudcasına pozulur. Məhkəmə hakimiyyətinin funksiyaları aşkar şəkildə iflic edilib, siyasi təqiblər baş alıb gedir. Dözümsüzlük və nifrət narahatlıq doğuracaq həddə çatıb”.

Sarkisyan bildirib ki, Paşinyana özünə sərf edən müxalifət lazımdır, Sarkisyan və Koçaryanı isə siyasətdən uzaq tutmağa çalışır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video