20 Noyabr 2019 21:21
745
SİYASƏT
A- A+

Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib

Noyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 51-ci iclasında Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın sədrliyi dövründə enerji, nəqliyyat, infrastruktur, gömrük və ticarət sahələrində layihələrə böyük diqqət yetiriləcəyini bildirib. GUAM-a üzv ölkələr arasında razılaşdırılmaqda olan sənədlərin imzalanması nəzərdən keçiriləcək.

Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.

İclasda, həmçinin yaxın vaxtlarda GUAM-ABŞ, GUAM+Yaponiya formatında görüşlərin keçirilməsi müzakirə edilib. GUAM+Kanada formatında görüşün təşkili üçün danışıqların aparıldığı vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video