20 Noyabr 2019 18:47
1373
Təhsil
A- A+

“Ölkəmizi tanıyaq”: bölgələrlə tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb


Noyabrın 20-də "Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Ucar, Bərdə, Ağdam və Ağcabədi rayonlarının məktəbliləri Lənkəranla tanışlıqdan sonra Masallı və Astara rayonlarına, Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının şagirdləri isə Lənkərana səyahət ediblər.

AZƏRTAC xəbər verir ki, Masallıda humanitar aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.

Məktəblilər Ümummilli Liderin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra tur-aksiyanın iştirakçıları Masallı Uşaq İncəsənət Məktəbi ilə tanış olublar. 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Məktəblilər, həmçinin "ASAN həyat" kompleksindəki "ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla, Bayraq Meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi, Masallı Olimpiya Kompleksi, Viləşçay su anbarı və Masallı Sənaye Məhəlləsi ilə də tanış olublar.

Tur-aksiyanın iştirakçıları günün ikinci yarısında Astaraya səyahət ediblər. Maarifləndirici aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var.

Qeyd olunub ki, ölkəmizdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.

Bildirilib ki, ölkəmizin cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.

F.Sadıxova qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.

Diqqətə çatdırılıb ki, "Ölkəmizi tanıyaq” tur-aksiyası valideynlər tərəfindən də böyük razılıqla qarşılanır. Bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.

Qarşılanma mərasimində şagirdləri müşayiət edən qrup rəhbərlərinə Astara rayonunun sosial-iqtisadi inkişafını əks etdirən kitablar və bukletlər hədiyyə olunub.

Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra tur-aksiyanın iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər.

Məlumat verilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılıb.

Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə də məktəblilər məlumatlandırılıb.

Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.

Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları rayonun Ərçivan kəndindəki "Yanar bulaq”da suyun necə alovlandığını böyük maraqla izləyiblər.

Məktəblilər "Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış "Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.

Masallı və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları Lənkəran rayonuna qayıdıblar.

Noyabrın 20-də tur-aksiyanın Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan iştirakçıları isə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, Rayon Tarix-Diyarşünaslıq Muzeyində, "Qoşa Qala qapıları” meydanında, "Dairəvi Qala”da, general Həzi Aslanovun ev-muzeyində, Bayraq Meydanında, Hirkan Milli Parkında, çay plantasiyasında və sitrus meyvə bağlarında olublar.

Şam yeməyindən sonra məktəblilər musiqili-əyləncəli proqramda və intellektual bilik yarışında iştirak ediblər.

X X X

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyada iştirak edən Quba, Qusar, Şabran, paytaxtın Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonlarından olan məktəblilər də bölgənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video