20 Noyabr 2019 12:37
473
SİYASƏT
A- A+

Bahar Muradova: 2020-ci ilin büdcə paketinə daxil olan sənədlər qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin edəcək


Sosial-iqtisadi islahatlar, inkişafın bütün parametrləri üzrə qarşıya qoyulan vəzifələr, hökumətin vətəndaşlar qarşısındakı öhdəlikləri sahəsindəki hədəflərə çatmaq üçün gəlinən ümumi qənaət ondan ibarətdir ki, 2020-ci ilin büdcə paketinə daxil olan sənədlər və nəzərdə tutulan imkanlar bütün bu proseslərin həyata keçirilməsini təmin edəcək. Bir sözlə, gələn ilin inkişaf parametrlərinə tam uyğun şəkildə hazırlanan dövlət büdcəsi Azərbaycanın iqtisadi yüksəlişinə, əhalinin sosial rifahının daha da gücləndirilməsinə, mədəni və humanitar sahələrdə görülən işlərə, o cümlədən ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun döyüş imkanlarının daha da artırılmasına xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova noyabrın 20-də parlamentin komitələrinin birgə iclasındakı çıxışı zamanı deyib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, gələn ilin dövlət büdcəsinin icrasından gözləntilər həm də qeyri neft-sektorundan daxilolmaların artması və bunun da nəticəsində büdcədə neft amilindən asılılığın azaldılmasıdır. Həyata keçirilən islahatlar və qarşıya qoyulan vəzifələr onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq. Xüsusilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsindəki proseslər nəzərdə tutulan hədəflərə çatmağı təmin edəcək. Bütün bunlar həm də biznesin, orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, büdcədən ayrılan xərclərin səmərəliliyinin artırılması, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılacaq.

Bahar Muradova onu da əlavə edib ki, regional inkişafa, bölgələrdə məşğulluğun təmin olunmasına, kənd təsərrüfatının inkişafına dair prioritetlərin yerinə yetirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək istiqamətlərdə siyasətin həyata keçirilməsi ilə bağlı məsələlərin yüksək səviyyədə maliyyələşməsi büdcə paketində nəzərə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video