20 Noyabr 2019 00:51
526
CƏMİYYƏT
A- A+

Sumqayıtda möhtəşəm yubiley şənliyi


Sumqayıtda əlamətdar günləri, bayramları qeyd etmək adət halını alıb. Budəfəki bayrama - şəhərin 70 illik yubileyinə xüsusi hazırlıq görülmüşdü. Hələ ilin əvvəlindən ayrı-ayrı məhəllələrdə, təhsil, mədəniyyət və səhiyyə ocaqlarında bayram əhvali-ruhiyyəsi nəzərə çarpmaqda idi. Başqa sözlə, Sumqayıtın bütün təşkilatlarında yubileylə bağlı silsilə tədbirlər keçirilirdi. Noyabrın 19-da isə Sumqayıtın əsas meydanında, şəhər icra hakimiyyətinin binası qarşısında ümumşəhər yubileyi keçirildi. 

Şənlik başlamazdan öncə bildirildi ki, Sumqayıt bu gün təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın sayılıb-seçilən iri sənaye mərkəzinə çevrilib. Burada müasir şəhər infrastrukturu yaradılıb. Parkların, meydanların yenidən qurulması, istehsal sahələrinin genişləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşması hər kəsi sevindirir. 70 yaşını qeyd edən bu şəhər ötən əsrin 40-cı illərində təşəkkül tapıb. Zəhmət və həmrəylik üzərində qurulan Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddətdə böyük şöhrət qazandı, ölkəmizin iftixarına çevrilə bildi.

Qeyd olundu ki, Sumqayıta qayğı və diqqət ötən əsrin 70-ci illərindən başlayaraq bir qədər də artdı. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə həyatında sürətli inkişafa təkan verdi. İnsanlar daha yaxşı işləmək, uğurlar qazanmaq üçün əllərindən gələni əsirgəmirdilər. Bu şəhər 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikamızda deyil, keçmiş SSRİ miqyasında tanınan sənaye mərkəzlərindən birinə çevrildi.

Son 16 ildə burada həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Prezident İlham Əliyevin tapşırığı ilə Sumqayıtın əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Ölkənin sənaye potensialında xüsusi çəkisi olan Sumqayıtda insan kapitalının qorunması, sosial rifah halının yaxşılaşdırılması ən vacib məsələlərdəndir.

Sonra möhtəşəm bayram tədbirinə start verildi. Sərhəd qoşunlarının hərbçilərinin nümunəvi keçidi səmada vertolyotların uçuşu ilə müşayiət olunurdu. İgid sərhədçilərimiz əllərində Azərbaycan bayrağı tribuna önündən keçdilər. Alqış sədaları ətrafı bürüdü. Müdafiə Nazirliyinin və DİN Daxili Qoşun birləşmələrinin, atlı süvarilərin məğrur keçidi də meydana toplaşanlarda qürur hissi oyatdı.

Sumqayıtın sənaye müəssisələrinin kollektivləri, ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti tribuna önündən keçdilər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, respublikamızda akkreditə olunmuş səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, əmək qəhrəmanları möhtəşəm paradı izləyirdilər.

Tədbir axşam bayram konserti ilə davam etdirildi. Respublikamızın incəsənət ustaları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Yubiley şənliyi atəşfəşanlıqla başa çatdı.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video