Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi hadisə olduğunu bildirib. O qeyd edib ki, 1990-cı illərin əvvəlində respublikamızda bır sıra siyasi təşkilatlar yaradılsa da, xalqın inamını doğrulda bilmədi. Həmin vaxt Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə çox acınacaqlı vəziyyət yaranmışdı və insanlar sabaha ümidlərini itirmişdilər. Digər tərəfdən isə Ermənistan tərəfindən torpaqlarımızın işğalı davam edirdi. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Buna görə də bir qrup ziyalı Heydər Əliyevə müraciət edərək siyasi partiya yaradılmasını xahiş etdi. Ulu Öndər müraciətə müsbət cavab verdi və 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Beləliklə, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranaraq ümumxalq partiyasına çevrildi.
Həmin dövrdə Azərbaycanın iqtisadi tənəzzül, beynəlxalq təcridlə üzləşdiyini diqqətə çatdıran S.Novruzov 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.
S.Novruzov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 27 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Partiyamızın sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.
YAP icra katibinin müavini deyib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. Qeyd edib ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr də xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
Hazırda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirildiyini deyən S.Novruzov bildirib ki, belə tədbirlərdən biri də bu gün təşkil olunan şahmat yarışıdır. O, bu istiqamətdə tədbirlərin davamlı olacağını söyləyib.
Qeyd edək ki, Əməkdar məşqçi, FIDE-nin məşqçisi, beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov tərəfindən eyni zamanlı seans şahmat yarışmasında YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarından olan şahmatçılar iştirak ediblər.
Yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Mükafatları Mədəniyyət nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyev və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Anar Allahverdiyev təqdim ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Erməniəsilli şəxs xarici işlər naziri oldu - Fələstində
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb
29 Mart
"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli olub
29 Mart
Lavrov: Münasibətləri pozan Paşinyandı
29 Mart
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
29 Mart
Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq
29 Mart
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
29 Mart
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
29 Mart
Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
29 Mart
Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aks...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!