20 Noyabr 2019 00:48
958
Təhsil
A- A+

BSU-da “Nəsimi ili”: “Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır”


Noyabrın 19-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ili”nə həsr olunmuş "Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar universitetin foyesində "Tusi” Tərtibat və Dizayn Mərkəzi tərəfindən təşkil edilmiş "Nəsimi 650” sərgisi ilə tanış olublar.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini, 2019-cu ilin "Nəsimi ili” elan olunduğunu xatırladıb.

Nurlana Əliyeva vurğulayıb ki, İmadəddin Nəsimi Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin yaradıcılığında dərin poetik fikirlərlə fəlsəfi görüşlər vəhdət yaradır. Nəsiminin dövrün elmi-fəlsəfi düşüncəsini aydın ifadə edən ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyət azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri var. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Nurlana Əliyeva diqqətə çatdırıb ki, "Nəsimi ili” çərçivəsində universitetdə müxtəlif tədbirlər keçirilib. Tələbələr arasında yazı müsabiqəsi təşkil olunub, yekun dövlət imtahanına İmadəddin Nəsimi ilə bağlı suallar salınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Rəhim Əliyev qüdrətli söz ustadı İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, şairin zəngin bədii-fəlsəfi irsini təhlil edib.

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli Nəsimi yaradıcılığında azadlıq ideyalarının geniş əks olunduğunu diqqətə çatdırıb.

Xalq artisti Rasim Balayev Nəsimi yaradıcılığına verilən yüksək qiymətə və tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib, universitetin kollektivinə uğurlar arzulayıb.

Tədbir bədii-musiqili hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video