20 Noyabr 2019 00:47
755
Mədəniyyət
A- A+

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar


Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar noyabrın 19-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar fondda türk dünyasının tarixindən, mədəniyyət və irsindən bəhs edən eksponatlara baxıblar.

Qonaqları salamlayan fondun prezidenti Günay Əfəndiyeva təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, fond Prezident İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib.

O, fondun binasının rəsmi açılış mərasiminin bu ilin oktyabrında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısı çərçivəsində üzv ölkələrin xarici işlər nazirlərinin və beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakı ilə gerçəkləşdiyini söyləyib.

G.Əfəndiyeva görüşdə iştirak edən Cəlil Məmmədquluzadənin davamçıları - nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşirə mütəfəkkir və yazıçının həyatından danışıb. Ağır həyat sürdüyünə baxmayaraq, əsərlərindəki incə yumorla xalqının təfəkküründə işıq yandırmaq istədiyini bildirib.

Türkdilli xalqların mədəniyyəti və irsinin öyrənilməsi, qorunması və təşviq edilməsi istiqamətində fondun gördüyü işlərdən danışan Günay Əfəndiyeva böyük ədibin anadan olmasının 150 illik yubileyinin xarici ölkələrdə, o cümlədən Polşada da keçirilməsini təklif edib.

Görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin türk dünyası və xalqlarının irsi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Deyib ki, bu ocaq türk dünyası və onların mədəni tədbirləri üçün gözəl bir məkandır. Burada keçirilən tədbirlər türkdilli xalqların daha da yaxınlaşmasına öz töhfəsini verəcək.

TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna ilk gəlişinin böyük mütəfəkkirin xatırlandığı günlərə təsadüf etdiyindən məmnun olduğunu, bu ocaqda türk dünyasının milli mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük işlərin görüləcəyinə inamını ifadə edib. Eyni zamanda, o, TÜRKSOY-un bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə tərcümə edən yazıçı Hemidulla Baltabayev Özbəkistanın da bu ildən etibarən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmasından məmnunluğunu ifadə edib.

Tədbirdə Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun nümayəndəsi İvan Xristov Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu ilə Bolqarıstandakı türk izlərinin öyrənilməsində birlikdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Söyləyib ki, belə əməkdaşlıq nəticəsində mədəni və ədəbi əlaqələr güclənəcək.

Sonda Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək deyib: "Azərbaycana dəvət mənim üçün gözlənilməz oldu. Ona görə də öz oğlumu da ulu babamızın vətənini görməyə gətirdim. Çox şadam ki, mənim ulu babam Azərbaycan mədəniyyətinə belə böyük töhfələr verib. Ümid edirəm ki, fondla əməkdaşlığımız gələcəkdə də davam edəcək”.

Sonda qonaqlar fondun kitabxanasına qiymətli kitablar bağışlayıblar. Öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqlara xatirə hədiyyələri təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video