19 Noyabr 2019 18:14
538
DÜNYA
A- A+

Fransız uşaqbaz cərrahın 250 qurbanı aşkarlandı

Fransız cərrahı Joel le Skuarnek 250 nəfərdən çox adama qarşı cinsi zorakılıq törətməkdə ittiham edilir. Bu barədə "Le Parisien” qəzeti xəbər verir.

Əvvəllər cərrahın qurbanlarının cəmi dörd həddi-büluğa çatmamış qız olduğu iddia edilirdi. Lakin zərərçəkənlərin sayı daim artırdı. Srağagün məlum olmuşdur ki, polis Skuarnekin 250 potensial qurbanının şəxsiyyətlərini müəyyənləşdirmişdir. Onların 184-ü ərizə yazmağa artıq hazırdır.

Cinsi zorakılıq hallarının 150-dən çoxu 1991-2014-cü illərdə cərrah Fransanın şimal-qərbində işləyərkən baş vermişdir. O həm xəstələrinə, həm də qonşularına təcavüz edirmiş. Həmçinin məlumdur ki, cərrah qardaşı qızlarının birini hədəfə almışdı.

Skuarneki 20 illik həbs cəzası gözləyir. Məhkəmə gələn ayın əvvəllərində keçirilməlidir.

Cərrah 2017-ci ildə altı yaşlı qız onu zorlamada ittiham etdikdən sonra həbs olunmuşdur. Skuarnekin evində keçirilmiş axtarışın gedişində uşaq pornoqrafiyası barədə fayllar və əxlaqsız hərəkətləri təsvir edən gündəlik tapılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video