19 Noyabr 2019 16:28
3344
Turizm
A- A+

Turizm sahəsində ölkələrin rəqabətqabiliyyətlilik reytinqi açıqlanıb


Azərbaycanın 2019-cu ildə Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində (The Travel and Tourism Competitiveness Report 2019) 140 ölkə arasında tutduğu yer açıqlanıb. Ölkəmiz turizm sektorunun bir çox tanınmış liderini qabaqlayaraq 71-ci yerdə qərarlaşıb.

AZƏRTAC CBC telekanalına istinadla xəbər verir ki, reytinqlərin yekun variantı Beynəlxalq İqtisadi Forumunun rəsmi saytında yerləşdirilib. Məhz bu forum hər iki ildən bir müxtəlif ölkələrin bazarlarının təhlilini aparır. Azərbaycan ümumi siyahıda İordaniya, Tunis, Dominikan Respublikası, Filippin, həmçinin regionun bir çox ölkələri – İran, Qazaxıstan, Ukrayna, Ermənistan və digərlərini geridə qoyub. Reytinq cədvəlinin önündə İspaniya və Fransa, sonunda isə Çad və Yəmən qərarlaşıblar.

Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində turizm sektorunun dayanıqlı inkişafını təmin edən, ölkənin tərəqqisinə və rəqabətqabiliyyətliliyinə şərait yaradan bir sıra amil və şərtlər qiymətləndirilir.

Ümumi təsnifatla yanaşı, ixtisaslaşdırılmış sahələr üzrə reytinqlər də təqdim edilib. Məsələn, "Biznes-mühit” siyahısında Azərbaycan 7 mümkün baldan 5,1-ni toplayaraq 28-ci yeri tutub. Bu göstərici üzrə ölkəmiz Avstriya, İspaniya, Türkiyə, Rusiya və regionun əksər ölkələrini geridə qoyub. Siyahının əvvəlində Honkonq, sonunda isə Venesuela yer alıb.

"Təhlükəsizlik” reytinqində Azərbaycan 38-ci yerdədir. Bu siyahıya Finlandiya başçılıq edir, sonuncu – 140-cı yerdə isə El-Salvador qərarlaşıb.

Azərbaycan ən yüksək – 23-cü yeri "qiymətlərin rəqabətqabiliyyətliliyi” reytinqində tutub. Bu siyahıya İran liderlik edir, sonuncu yerdə isə Böyük Britaniya yer alıb.

Reytinqin nəticələri maraqlı tərəflərə imkanların qiymətləndirilməsi və turizm sektorunda problemlərin proqnozlaşdırılması üzrə imkanlar verir.

Qeyd edək ki, Beynəlxalq İqtisadi Forumun gələcək mobilliyin müəyyən edilməsi Platforması çərçivəsində olan indeks, aviasiya, səyahət və turizm proqramları sənayesi kontekstində işlənib hazırlanıb. O, Bloom Consulting, STR Global, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Beynəlxalq Təbiəti Mühafizəsi Təşkilatı (IUCN), Dünya Turizm Təşkilatı (UNWTO) və Dünya Səyahət və Turizm Şurası (WTTC) kimi təşkilatlar ilə əməkdaşlıq şəraitində həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video