19 Noyabr 2019 15:40
1068
Elm və texnika
A- A+

Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir


Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə III "Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada keçirilən simpoziumda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən yüzə yaxın alim iştirak edir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləridən söz açıb, bu əlaqələrin qədim tarixi köklərə bağlı olduğunu söyləyib, hazırda iki ölkə arasında bütün sahələrdə güclü həmrəyliyin uğurla davam etdirildiyini bildirib.

Akademik diqqətə çatdırıb ki, Türkiyə-Azərbaycan birliyinin fəlsəfəsini ən mükəmməl şəkildə ümummilli lider Heydər Əliyev "Bir millət, iki dövlət” kəlamı ilə ifadə edib. Bütün beynəlxalq təşkilatlarda Türkiyə hər zaman Azərbaycanla bağlı məsələlərdə ölkəmizə böyük dəstək verib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına xüsusi əhəmiyyət veriblər və bu siyasət hazırda uğurla davam etdirilir. Bütün bunlar iki ölkə arasında böyük tarixi ənənələrə malik dostluq və qardaşlıq əlaqələrinin XXI əsrdə yeni bir müstəviyə gəlib çıxması ilə nəticələndi. Bu birlik digər türk dövlətləri üçün də böyük örnək, mükəmməl bir nümunədir. Azərbaycan-Türkiyə elmi əlaqələri də böyük sürətlə inkişaf edir. Hər il AMEA-da Türkiyə elmi, ədəbiyyatı ilə bağlı müxtəlif tədbir, simpozium, konfranslar keçirilir. Aparılan birgə elm siyasəti həm Türkiyədə, həm də ölkəmizdə elmi mühitin inkişafına öz töhfələrini verir.

İsa Həbibbəyli bildirib ki, simpoziumda Qara dəniz beynəlxalq sosial elmlər dərgisinin redaksiya heyətinin üzvləri ilə birgə hər iki ölkə arasında elmi əlaqələr müzakirə olunacaq. Azərbaycan alimlərinin əsərlərinin ən çox nəşr olunduğu ölkə də məhz qardaş Türkiyədir. Türkiyənin bütün institutlarının, akademik qurumlarının jurnallarında alimlərimizin müxtəlif sahələrdə məqalələri çap olunur. Həmin dərgilərin redaksiya heyətində azərbaycanlı alimlər təmsil olunurlar. Eyni zamanda, akademiyanın müxtəlif institutlarının nəşrlərinin redaksiya heyətinin üzvləri qardaş ölkənin alimləridir. Bu əlaqələr iki ölkə arasında elm sahəsində yeni ideyaların yaranmasına, birliyin daha da möhkəmləndirilməsinə mühüm töhfəsini verir.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, professorlar Ərdoğan Altınkaynak, Roin Kavrelişvili və digər çıxış edənlər beynəlxalq simpoziumun işinə uğurlar arzulayıblar.

Simpozium işini bölmə iclaslarında davam etdirib. Üçgünlük beynəlxalq tədbirdə ümumilikdə 96 məruzə dinləniləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video