19 Noyabr 2019 10:03
448
SİYASƏT
A- A+

“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb


ABŞ-ın "The Press Herald” qəzetində oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın ABŞ-ın paytaxtı Vaşinqtona səfərinə etiraz edən Azərbaycan icmasının fəal üzvü Tərlan Əhmədovun müraciəti dərc olunub. Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi və Ermənistanın vassal dövlət olduğu bildirilir. Həmçinin qeyd olunur ki, Qarabağ müharibəsi vaxtı erməni silahlı qüvvələri hərbi cinayətlər törədiblər.

Qeyd edək ki, oktyabrın 30-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan, özünü "xarici işlər naziri” sayan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirib. Vaşinqtonun Azərbaycan icmasının üzvləri bina qarşısında etiraz aksiyası keçirmişdi.

Bundan əlavə, ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ qanunvericilərini və yerli mətbuat qurumlarını Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib. "The Press Herald” qəzetindəki material məlumatlandırma kampaniyası çərçivəsində dərc olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video