18 Noyabr 2019 15:00
393
SİYASƏT
A- A+

Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb


Noyabrın 17-də VII çağırış Belarus Respublikasının Milli Məclisinin Nümayəndələr Palatasına deputatların seçkiləri keçirilib.

Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 95 saylı seçki dairəsinin Bakı şəhərindəki 709 saylı seçki məntəqəsi üzrə səsvermə keçirilib. Bu dairə üzrə seçkilərdə yeddi namizəd – Qriqori Kostusev, Danila Lavretski, Aleksandr Mayski, Oksana Orlova, Pyotr Popravki, Tatyana Sayqanova və Yevgeni Şevkonun namizədliyinə səs verilib.

Səsvermədə siyahıda olan seçicilərin 100 faizi öz seçici hüququndan istifadə edib.

Səsvermənin nəticələrinə görə, T.Sayqanova seçicilərin 53,84, O.Orlova 23,07, Y.Şevko 7,69, D.Lavretski, A.Mayski və P.Popravko hər biri 3,85 faizinin səsini toplayıblar. Q.Kostusevə seçicilər səs verməyiblər.

Seçicilərin 3,85 faizi heç bir namizədi dəstəkləməyib. Etibarsız sayılan bülleten olmayıb.

Seçki günündə səsvermə prosesi beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video