18 Noyabr 2019 14:53
473
CƏMİYYƏT
A- A+

Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər

Noyabrın 18-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşıblar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi gənclərdə ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barəsində əyani təsəvvür yaratmaq, onlarda vətənpərvərlik hisslərini yüksəltməkdir.

Altı il ərzində həyata keçirilən on iki aksiya çərçivəsində 27 minə yaxın gənc bölgələrimizə səfər edib. On ikinci aksiyada 3 mindən çox gənc iştirak edir. Bununla da "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində bu gün Yasamal rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşərək tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər.

Tur-aksiya iştirakçısı, 158 saylı orta məktəbin şagirdi Fəridə Hacızadə layihədə iştirak etdiyi üçün sevincli olduğunu bildirərək deyib: "Kitablarda, dərsliklərdə oxuduğumuz, öyrəndiyimiz məlumatları əyani şəkildə görmək bizim üçün çox faydalı olacaq. Bütün şagirdlərin bu aksiyanın iştirakçısı olmasını istərdim. Bizə belə şərait yaratdığı üçün ölkə başçısına minnətdaram”.

173 nömrəli məktəbin şagirdi Azər Məlikov aksiyanın onlara Vətənimizin gözəl guşələrini görmək, tarixi abidələrimizlə yaxından tanış olmaq şansı verəcəyini qeyd edib. O, tur-aksiyada iştirakdan məmnunluğunu ifadə edərək, yaradılan imkana görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Sonra iştirakçılar onlar üçün ayrılan xüsusi avtobusla Gəncə şəhərinə yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video