18 Noyabr 2019 14:50
451
CƏMİYYƏT
A- A+

Suraxanı məktəbliləri Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşüblər


Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin müxtəlif bölgələrə ekskursiyaları təşkil olunur.

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində noyabrın 18-də Suraxanı məktəblilərinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təntənəli yolasalma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, "Ölkəmizi tanıyaq” layihəsində iştirak edən Suraxanı məktəbliləri əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olub və "Ölkəmizi tanıyaq” tur-aksiyaları haqqında film izləyiblər.

Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi ilə Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Ötən müddətdə ildə 2 dəfə olmaqla, 7 istiqamət üzrə 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Noyabrın 13-dən 16-dək və 18-dən 21-dək keçirilən növbəti - 12-ci tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edir. Bununla da "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mini ötür. İndiyədək tur-aksiyalarda 393 Suraxanı məktəblisi iştirak edib. Daha 40 məktəbli isə 12-ci aksiyada iştirak edəcək.

Əziz Əzizov qeyd edib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Səfər zamanı yolboyu görəcəyiniz yerlərdə, olacağınız rayonlarda ölkəmizdə gedən inkişafı, aparılan abadlıq-quruculuq işlərini, doğma Vətənimizin gündən-günə gözəlləşməsini öz gözlərinizlə görəcəksiniz.

Yolasalma mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, valideyn Kamilə Babayeva, 279 nömrəli tam orta məktəbin şagirdi Akif Eyyubov çıxış edərək "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası kimi uğurlu layihənin reallaşdırılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu aksiya şagirdlərə bölgələrimizin gözəlliklərini, inkişafını əyani olaraq görməyə imkan yaradır. Məktəblilər Vətənimizin gözəllikləri ilə tanış olur və onu daha yaxından tanıyırlar.

Bu layihədə iştirak etdiyi üçün qürur hissi keçirdiyini deyən 114 saylı tam orta məktəbin şagirdi Fidan Şahbulaqova bildirib: "Ölkəmizin Gəncə, Şəmkir, Göygöl şəhər və rayonlarında olmaq çoxdankı arzum idi. Şübhəsiz ki, bu ekskursiya biz məktəblilərin Azərbaycanın tarixi, ölkəmizin ayrı-ayrı regionları ilə bağlı biliklərimizin dərinləşməsinə müsbət təsir göstərəcək”.

Aslan Muradov adına 84 saylı tam orta məktəbin şagirdi Muradzadə Teymur ilk dəfə olaraq Gəncə, Şəmkir, Göygöl şəhər və rayonlarına səyahət edəcəyi üçün çox həyəcanlı olduğunu bildirib. Orada yeni dostlar qazanmaq istədiyini deyən şagird bu layihənin təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video