18 Noyabr 2019 11:28
447
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq” : Sabunçu rayonunun məktəbliləri Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşüblər


Noyabrın 18-də Sabunçu Rayon İcra Hakimiyyətində "Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yolasalma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl vətəndaş kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlət tərəfindən görülən tədbirlərdən danışıb. "Ölkəmizi tanıyaq” tur-aksiyasının da dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsi olduğunu vurğulayıb. R.Fərəcova maarifləndirici tur-aksiyada rayon məktəblərinin ən qabaqcıl, biliyi və istedadı ilə seçilən nümunəvi 40 şagirdinin Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salındığını qeyd edib və məktəblilərə uğurlar arzulayıb.

Çıxış edən şagirdlər onlar üçün belə imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra məktəblilər konsert proqramı ilə çıxış ediblər.

Daha sonra şagirdlər Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video