18 Noyabr 2019 11:27
446
CƏMİYYƏT
A- A+

Maarifləndirici tur-aksiya şagirdlərin vətənpərvər ruhda böyüməsində mühüm rol oynayır

Prezident İlham Əliyevin tövsiyəsi ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyasına Ağcabədi rayonundan olan məktəblilər də qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə iştirakçıları ilə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq və vətənpərvər ruhda formalaşdırmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr verib.

Bildirilib ki, Ağcabədi rayonunun məktəbliləri 4 gün ərzində Lənkəranda Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, "Qoşa Qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış olacaq, Astara rayonunda Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, dənizkənarı bulvar, "Yanar bulaq” və çay fabrikinə, Masallı rayonunda isə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi, "ASAN həyat” kompleksi, Viləşçay su anbarı və Masallı Sənaye Məhəlləsinə ekskursiya edəcəklər.

Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində eksponatlarla tanış olub, rayon ərazisində həmişəyaşıl ağaclar əkiblər.

Ağcabədi şəhərinin mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verib, səfərlərinin maraqlı və mənalı keçməsini arzulayıblar.

Tur-aksiyada iştirak edən şagirdlər ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video