17 Noyabr 2019 00:43
4151
CƏMİYYƏT
A- A+

Asudə vaxtın səmərəli təşkili sağlam gəncliyin formalaşmasına xidmət edir


Ölkəmizdə dövlətçiliyin möhkəm təməli və gələcəyin etibarlı təminatçısı olan intellektual gənclərin yetişdirilməsinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrası çərçivəsində Bakıda "Gənclər Mərkəzi”nin, regionlarda "Gənclər Evi”nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin məşğulluğunun təmin edilməsi ilə bağlı xeyli iş görülmüşdür.

Son illər ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı layihələrə xüsusi önəm verilir. Sözügedən dəstəyin mühüm istiqamətlərindən biri də gənclərə dövlət qayğısının gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Respublikamızda bu istiqamətdə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafına xidmət edərək onların sosial təminatlarının yaxşılaşdırılmasını sürətləndirir, nəticədə ictimai həyatda fəallıqlarının artmasına kömək edir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin işıqlı gələcəyinə diqqət çəkərək demişdir: "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir. Göstərilən bu cür dəstəklə yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkil olunması dövləti ciddi düşündürən məsələdir. Gənclərlə bağlı yürüdülən dövlət proqramları çərçivəsində bölgələrdə inşa edilən olimpiya idman kompleksləri məhz onların asudə vaxtlarında idmanla məşğul olması üçündür. Bu gün İdman Akademiyasında təhsil alan tələbələrin əksəriyyəti bölgələrimizdə olimpiya idman komplekslərində idmanın bu və ya digər növü ilə məşğul olurlar.

"Sağlam bədəndə sağlam ruh olar”. Sağlamlığı qorumaq üçün isə insan bu prosesə gənc yaşlarından start verməlidir. Yəni hansısa gəncin fərdi idmanla məşğul olması bəyəniləndir, ancaq bunun daha çox fərd kimi onun özünə xeyri ola bilər. Gənclərin fiziki inkişafına nail olmaq bütün dövlətlərin yürütdüyü siyasətdə prioritet faktor olaraq qalır. Fiziki inkişaf, sağlamlaşma ilə yanaşı, həm də gənclərin mənən formalaşmasına xidmət edir. Gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürür. Prezidentin sərəncamları, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə gənclərin fiziki inkişafının gücləndirilməsinə nail olmaqla yanaşı, onların sağlam, savadlı və vətənpərvər olması üçün mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan dövləti gənclərin asudə vaxtının səmərəli təşkilinə, onlara yaradılan idman şəraiti ilə yanaşı, digər tədbirlərin də həyata keçirilməsinə xüsusi dəstək verir. Ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkilinə yönəldilən komitə və qurumlar fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin bir qolu olan Tələbə Həmkarlar Təşkilatıdır. Biz də öz növbəmizdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatı kimi gənclərimizin asudə vaxtlarının səmərəli təşkili üçün bütün qüvvəmizdən istifadə edirik. Akademiya daxilində, ölkəmizin bölgələrində və xarici ölkələrdə keçirilən tədbirlərdə yaxından iştirak edirik, tələbələrlə sıx əlaqə yaradırıq. Həmçinin müxtəlif mədəniyyət ocaqlarında keçirilən tədbirlərdə, teatrlarda gənclərin iştiraklarını təmin edirik, əyləncəli tamaşaları izləməkdə onlara yardımçı oluruq. Xüsusilə ölkəmizdə keçirilən beynəlxalq və respublika idman yarışlarında gənclərimizin könüllü kimi fəaliyyətini və idman azarkeşi kimi iştirakını təşkil edirik.

Gülşən İSMAYILOVA,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Həmkarlar Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video