16 Noyabr 2019 19:30
560
CƏMİYYƏT
A- A+

Nəsimi rayon məktəbliləri maarifləndirici tur-aksiyadan zəngin təəssüratlarla qayıdıblar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakının Nəsimi rayonunun məktəbliləri Gəncə şəhərindən, Şəmkir və Göygöl rayonlarından qayıdıblar.

Ekskursiyadan geri qayıdan məktəbliləri Nəsimi Rayon İcra Hakimiyyətində valideynləri və müəllimləri qarsılayıblar. Tur-aksiyanı uğurla başa vurmuş məktəblilər təəssüratlarını bölüşərək bu cür layihələrin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

19 saylı tam orta məktəbin şagirdi Ramin Kərimzadə AZƏRTAC-a müsahibəsində tur-aksiyadan məmnun qaldığını bildirib. O, dördgünlük səfər çərçivəsində Gəncənin, Şəmkirin və Göygölün görməli yerləri ilə yaxından tanış olduqlarını deyib. R.Kərimzadə Göygölün təbiətinin onları heyran etdiyini bildirib. Məktəbli Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiklərini, Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq muzeyinə, eləcə də Nizami və Məhsəti muzeylərinə baş çəkdiklərini qeyd edib.

Səfərdən zəngin təəssüratlarla qayıtdığını deyən 151 saylı tam orta məktəbin şagirdi Fidan İsmayılova tur-aksiya zamanı unudulmaz anlar yaşadıqlarını və çoxsaylı dostlar qazandıqlarını söyləyib. "Doğma diyarımızın gözəl bölgələrində olduq. Təəssüratlarım zəngindir. Getdiyimiz yerlərdə kitablardan oxuduğumuz tarixi abidələrlə əyani tanışlıqdan böyük zövq aldıq. Ölkəmizin gözəl təbiətini, zəngin tarixi və mədəniyyətini bizə yaxından tanıtdıran bu tur-aksiyadan məmnun qaldıq, üstəlik çoxsaylı dostlar qazandıq”, - deyə şagird bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video