15 Noyabr 2019 13:37
558
DÜNYA
A- A+

Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb


Senator Lindsi Qrem 1915-ci il hadisələrini formal olaraq "ermənilərin soyqırımı” kimi tanıyan 150 nömrəli qətnaməni ABŞ Senatında bloklayıb.

AZƏRTAC xəbər verir ki, qanunverici Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndən sonra bu qənaətə gəlib. L.Qrem Prezident Trampın R.T.Ərdoğanla görüşündə iştirak edən senatorlar qrupunun tərkibində olub.

Konqresdə Donald Trampın ən sadiq müttəfiqlərindən biri olan nüfuzlu respublikaçı senator bu işə demokrat senator Robert Menendes qətnamənin qəbul edilməsinə həmkarlarının razılığını istəyəndən sonra müdaxilə edib. Ötən ay ABŞ Nümayəndələr Palatasında 296 nömrəli analoji sənəd qəbul edilib. "Ermənilərin soyqırımı”nın ABŞ-ın rəsmi mövqeyinə çevrilməsi üçün müvafiq qətnamə Konqresin hər iki palatasında qəbul edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Trampla görüşündən sonra mətbuat konfransında bildirib ki, Nümayəndələr Palatası tərəfindən bu qətnamənin qəbul edilməsi onun ölkəsi üçün "böyük təhqirdir” və bu addım Türkiyə ilə ABŞ arasında "ikitərəfli münasibətlərə kölgə sala bilər”.

L.Qrem Türkiyə Prezidenti ilə görüşdən sonra Senatda qətnamənin qəbul edilməsi əleyhinə çıxıb və bildirib ki, senatorlar "tarixi bəzəməməli və ya onu yenidən yazmağa çalışmamalıdırlar. Senat qaydalarına görə, qətnamənin qəbul edilməsinə razılıq verilməsini hər bir senator tələb edə bilər və hər bir senator da onu bloklaya bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video