15 Noyabr 2019 13:30
582
SİYASƏT
A- A+

Dünya dini liderlərinin II Bakı Sammiti plenar iclasla işini davam etdirib


Noyabrın 15-də Dünya dini liderlərinin II Bakı Sammiti növbəti plenar iclasla işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşenin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Əlcəzairin Ali Dini Şurasının sədri Bouabdellah Qlamallah dünya dini liderlərinə yaratdığı bu cür imkana görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün əsas mövzulardan biri də Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi və şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ilə bağlıdır.

Bouabdellah Qlamallah bildirib ki, insanlar ən qədim zamanlardan müxtəlif dinlərə mənsub olublar. Bu mənsubiyyət fikir ayrılığına gətirib çıxarmamalıdır. Birgəyaşayış, dözümlülük, qarşılıqlı anlaşma çox önəmlidir.

Yaponiyada fəaliyyət göstərən Zen Buddizm məktəbinin nümayəndəsi Azuma Aruşin Azərbaycana ilk dəfə 2017-ci ildə gəldiyini bildirib. Qonaq belə bir maraqlı görüşdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, İslam dini ilə bağlı elmi məqalələr yazdığını diqqətə çatdırıb. Azuma Aruşin dinlərarası dialoqun əhəmiyyətini vurğulayıb.

Fələstinin nümayəndəsi Mahmud Sidqi Alhabaş Bakı Sammitinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, buradakı çıxışların hər biri dialoqa səsləyir. Ona görə də bu Sammitdə səslənən fikirlərə ciddi diqqət yetirilməlidir.

Mardin-Diyarbəkir metrapoliti Saliba Özmen qeyd edib ki, dünyada sabitliyin bərpası çox önəmlidir. Bakı Sammitində dünyada sülhün, sabitliyin möhkəmlənməsi ilə bağlı vacib çağırışlar edilir və bu, böyük əhəmiyyətə malikdir.

Yepiskop Louka Əl-Khouri Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibətilə təbrik edib. O, həmçinin bu cür mötəbər tədbirin keçirilməsi təşəbbüsünə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. "Sammitin digər beynəlxalq tədbirlərdən fərqi odur ki, bu tədbir dinlər və sivilizasiyalar arasında sülhün möhkəmlənməsinə xidmət edir”, - deyə o əlavə edib.

Seneqal Prezidentinin dini işlər üzrə müşaviri Mənsur Niass dünya xalqlarına sülh, əmin-amanlıq arzularını çatdırıb. O qeyd edib ki, İslam dini dünya xalqlarını dostluğa və qardaşlığa dəvət edir. Sülh, sabitlik gələcək nəsillərin sağlam təfəkkürdə yetişməsinə təsir edən amildir.

Avropa Ravvinlər Konqresi İcra Komitəsinin üzvü İzhaq Dayan qeyd edib ki, Yer üzündə yaşayan bütün insanları bir ailənin üzvləri hesab etmək olar. Fikirlər fərqli ola bilər, lakin bu, insanlar arasında münaqişəyə səbəb olmamalıdır.

KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü Məhəmməd Əl-Şammak bildirib ki, Bakı Sammiti dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təbliği üçün yaxşı platformadır. Biz bu imkandan istifadə etməliyik.

Özbəkistan müftisi Osman xan Alimov özbək və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, həmçinin hər iki ölkənin din xadimlərinin əməkdaşlığını qeyd edib.

İndoneziya Üləmalar Şurası Məşvərət Şurasının başçısı Məhəmməd Syamsəddin qeyd edib ki, Bakıda təşkil edilən bu Sammit dünya ictimaiyyəti üçün mühüm dialoq platformasıdır. Sammitdə dünyanın müxtəlif dini liderləri müzakirələr aparmaq imkanı qazanıblar.

Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Dünya dini liderlərinin II Sammitində bu cür önəmli müzakirələrin aparılması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, bu gün fərqli dinlərə və millətlərə mənsub olan insanlar bir araya gələrək müzakirələr aparırlar. Bu, çox böyük əhəmiyyətə malikdir. Azərbaycan dövləti növbəti dəfə öz multikulturalizm siyasətini nümayiş etdirdi.

Plenar iclas müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video