15 Noyabr 2019 11:50
854
Mədəniyyət
A- A+

Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb


Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirdi: "Bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə böyük təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır”.

Nazir qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qonşu ölkənin kino mütəxəssisləri ilə birgə layihələrdən söz açan Əbülfəs Qarayev Azərbaycanda İran kinosunun uğurlarının diqqətlə izlənildiyini deyib, bu sahədə İranın təcrübəsindən istifadə edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Nazir onu da vurğulayıb ki, qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi istiqamətində işlər davam etdirilməlidir. Gələn il üçün bu sahədə həyata keçiriləcək layihələr nəzərdən keçirilməlidir.

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman Prezident İlham Əliyevlə görüşünü, eləcə də Bakıda Dünya dini liderlərinin II Sammitində iştirakını diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir: "İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri genişlənir. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin inkişafından məmnunam”.

Görüş zamanı hər iki ölkədə mədəniyyət sahəsi üzə fəaliyyət göstərən televiziya kanalları arasında əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sədr Abuzər İbrahimi həmçinin İranda Azərbaycan mədəniyyəti və kino günlərinin ən yüksək səviyyədə keçirilməsinə hazır olduqlarını vurğulayıb. Daha sonra Xəzəryanı ölkələr arasında müştərək mədəni layihələrin həyata keçirilməsinin zəruriliyini də qeyd edib.

Görüş mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video