13 Noyabr 2019 12:19
482
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq”: Azərbaycanın şimal-qərb qapısı Balakəndən cənuba doğru


"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Balakən rayonunun məktəblilərindən ibarət qrup noyabrın 13-də respublikamızın cənub bölgəsinə yola düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran-Astara-Masallı marşrutu üzrə ekskursiyaya çıxan Balakən məktəblilərini yola salmaq üçün Bayraq Muzeyinə toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini veriblər.

Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova bildirib ki, dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən bu tur-aksiya böyüməkdə olan nəslin vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir. Balakənli məktəblilər dörd gün ərzində cənub bölgəsinin tarixi məkanları ilə yaxından tanış olacaq, görməli yerlərini gəzəcək, istehsal müəssisələrinə baş çəkəcəklər. Məktəblilər, eyni zamanda, marşrut boyunca yerləşən şəhər və rayonlarımızda gedən tikinti-quruculuq işlərinin, iqtisadi tərəqqinin canlı şahidi olacaq, yurdumuzun gözəlliklərini əyani şəkildə görəcəklər.

Tur-aksiyada iştirak edən məktəblilər bu ekskursiyadan çoxlu bilgi, məlumat əldə edəcəklərinə əmindirlər. Onların əksəriyyəti ilk dəfədir respublikamızın cənub bölgəsinə səyahət edir. Dövlətimizin başçısının təşəbbüsü ilə gerçəkləşən bu layihə sayəsində balakənli məktəblilər Lənkəran, Astara və Masallı rayonlarındakı Heydər Əliyev mərkəzləri və muzeylərlə tanış olacaq, Hirkan Milli Parkına, Xanbulan gölünə, Viləşçay su anbarına ekskursiya edəcək, həmçinin sitrus meyvə bağlarına, çay plantasiyası və çay fabrikinə baş çəkəcəklər.

Sonda 40 məktəbli və 5 müşayiətçinin daxil olduğu qrup onlar üçün ayrılmış avtobusla Lənkəran-Astara-Masallı marşrutu üzrə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video