13 Noyabr 2019 10:59
478
CƏMİYYƏT
A- A+

İsmayıllı məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub zonasına yollanıblar


İsmayıllı məktəbliləri "Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 13-də Azərbaycanın cənub zonasına – Lənkəran, Masallı və Astara rayonlarına yola salınıblar. Tur-aksiyaya 40 nəfər IX-XI sinif şagirdi qatılıb. Onları 4 müəllim və 1 həkim müşayiət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolasalma mərasimindən öncə iştirakçılar şəhərin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıkları, müəllimlər və valideynlərlə görüş olub. Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova görüşdə dövlət başçısının təhsilə göstərdiyi qayğıdan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi önəmdən, Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının siyasi və tarixi əhəmiyyətindən danışıb.

İsmayıllı şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Afət Vəliyevanın anası Ofelya Alıyeva çıxış edərək deyib: "Xoşbəxt valideynlərik ki, övladlarımız hərtərəfli qayğı ilə əhatə olunub. Tur-aksiya da bu qayğının bir təzahürüdür. Bu gün uşaqlarımızı Lənkərana yola salırıq. Dörd gün ərzində onlar Lənkəran, Masallı və Astara rayonlarında olacaq, o bölgənin görməli yerlərini gəzəcək, xoş və mənalı istirahət edəcəklər. Bütün bunlara görə Prezidentimizə minnətdarıq”.

Təzəkənd tam orta məktəbin IX sinif şagirdi Aysel Bağırlı isə çıxışında deyib: "Yaxşı təhsil almaq üçün səylə çalışırıq. Vətəni dərindən sevmək üçün onun hər bölgəsini yaxından tanımaq lazımdır. Bu tanışlıq üçün Prezidentimizin təşəbbüsü ilə həyata keçirilən tur-aksiya bizə geniş imkanlar açır”.

İsmayıllı şəhər 5 saylı məktəbin X sinif şagirdi Rauf Xəlilov deyib: "Biz bölgələrimizi dərsliklər, coğrafiya və tarix müəllimlərinin vasitəsilə tanıyırıq. Bu, hələ tam tanışlıq deyil. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiya Vətənimizi, onun bir-birindən fərqli, zəngin guşəsini tanımaqda biz şagirdlərə geniş imkanlar verir. Söz veririk ki, daha yaxşı oxuyacaq, Azərbaycanımıza layiq övladlar olacağıq”.

Sonda tur-aksiya iştirakçıları avtobusa əyləşib, Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video