13 Noyabr 2019 10:55
510
CƏMİYYƏT
A- A+

Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar


Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın növbəti mərhələsinə start verilib.

Bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 13-də səhər tezdən tur-aksiyasının Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçılarını yola salmaq üçün Astara Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.

Yolasalma mərasimində iştirak edənlər məktəblilərə yaxşı yol arzulayıblar.

Qrupun rəhbəri Asiman Qasımlı səfər proqramının zəngin və şagirdlər üçün maraqlı olduğunu bildirib: "Prezidentimizin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən tur-aksiyanın iştirakçıları - Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Qəbələ şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Şəki şəhərinin, Qəbələ və Zaqatala rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar”.

"Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları - Astara şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Zeynəb Məmmədova və şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Şahmar Kazımlı sevinclərini bölüşərək, səfər zamanı Azərbaycanın tarixi, mədəniyyət abidələri ilə əyani tanışlığın onların ürəyincə olacağını bildirdilər.

Mərasim başa çatdıqdan sonra aksiya iştirakçılarını Qəbələyə aparan avtobus yola düşdü.

Noyabrın 13-də Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının məktəbliləri də Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səyahətə başlayıblar.

Tur-aksiyanın iştirakçılarını şəhər və rayon icra hakimiyyətlərinin məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri yola salıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video