12 Noyabr 2019 18:49
533
CƏMİYYƏT
A- A+

Gəncə və Şirvanda 32 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 12, Şirvan şəhərində isə 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Gəncə şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şirvan şəhərində isə nazirliyin Aparat rəhbərinin müavini Niyazi Rəhimov, Şəhər İcra Hakimiyyətinin başçısının müavini Məharət Mustafayev iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ictimai birliklərin və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların ailələrinin və həmin döyüşlərdə sağlamlıqlarını itirərək əlil olan şəxslərin mənzillə təminatı ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə gücləndirilir. Yeni yaşayış binasından mənzillər alınaraq, həmçinin fərdi yaşayış evləri inşa etdirilərək həmin kateqoriyalardan olan vətəndaşlara təqdim edilir.

2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il 934 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə 246 mənzil artıq verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6900 mənzil təqdim edilib. Həmçinin müharibə əlillərinə ötən il 265 avtomobil verilib, bu il isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Onlara 427 avtomobil verilərək indiyədək həmin təbəqədən olanlara təqdim edilən avtomobillərin sayı 6400-ə çatıb.

Əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması sahəsində də bu il inqilabi addımlar atıldığı diqqətə çatdırılıb. Bu il reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının 2 dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığı qeyd edilib. Şəhid ailələri və müharibə əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə əhatə olunduqları vurğulanıb.

Yeni mənzillə təmin edilən vətəndaşlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən onların hərtərəfli təminatına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video