12 Noyabr 2019 16:53
399
CƏMİYYƏT
A- A+

Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir


Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (DQİDK) "Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ-ın nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə nümayəndə heyətinin üzvlərinə ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri barədə məlumat verən Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur. Bu prinsipi ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmaların fəaliyyətinin dəstəklənməsi, dövlət tərəfindən mütəmadi maddi yardımların ayrılması, onların ictimai həyatın bir parçası kimi cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsində aydın şəkildə müşahidə etmək olar.

Eyni zamanda, Azərbaycan həqiqətləri, bir milyondan çox azərbaycanlının Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşməsi, işğal olunmuş ərazilərimizdə dini abidələrimizin vandalizmə məruz qalması kimi faktlara toxunan Komitə sədri görüş iştirakçılarının təmsil etdiyi Montana, Havay, Yuta ştatlarının Xocalı qətliamı, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarını yüksək qiymətləndirib. O, "Dünya dini liderlərinin II Bakı sammiti” kimi mötəbər tədbirlərdə bu cür tərkibdə nümayəndə heyətlərinin iştirakının qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Oreqon Ştat Senatının sədr müavini Laurel Sue Monnes Anderson ölkəmizdə dini etiqad azadlığının qanunla təsbit olunmasını müsbət hal kimi dəyərləndirib. Respublikamızdakı tolerantlıq mühiti barədə məlumatlı olduğunu söyləyən qonaq Oreqon Ştat Senatı və Nümayəndələr Palatasının 2016-cı ildə tarixində Azərbaycanın tolerantlıq ənənələrini təqdir edən bəyannamə qəbul etdiyini də diqqətə çatdırıb. Yuta Ştat Senatoru Vilyam Gene Davis isə bildirib ki, Azərbaycan bir dövlət olaraq multikulturalizm kimi humanist dəyərlərini dünyada təbliğ və öz nümunəsində layiqincə tətbiq edir.

Dövlət Komitəsinin sədri sonda qonaqlara DQİDK tərəfindən ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr olunmuş kitabları təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video