09 Noyabr 2019 00:55
844
İQTİSADİYYAT
A- A+

Abadlıq və quruculuq işləri geniş vüsət alıb


Ölkəmizin sürətli inkişafı bölgələrimizdə də geniş vüsət alıb. Bu inkişaf respublikamızın ikinci böyük şəhəri Gəncədə də özünü göstərir. Prezident İlham Əliyevin qayğısından güc alıb simasını dəyişən Gəncə gündən-günə gözəlləşir, yeni uğurlara imza atır. Məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edir.

İndi Gəncənin hansı ərazisinə getsən abadlıq və quruculuq işlərinin şahidi olarsan. Şəhərdəki 5 qəsəbə, 30-dan çox prospekt və küçədə istifadəyə yararsız kommunal xətlər təzələnir, asfalt örtüklər salınır, piyada yolları, səkilər yenidən qurulur.

IV Dövlət Proqramına uyğun olaraq, hazırda 80 yaşayış binasının inşası, üç, dörd və beşmərtəbəli 50 binanın dam örtüyünün dəyişdirilməsi istiqamətində tədbirlər görülür.

Gəncənin su və kanalizasiya sistemləri də xeyli vaxtdır ki, yenidən qurulur. Dədə Qorqud küçəsində asfalt örtüyünün yenilənməsi başa çatdırılmış, Nəriman Nərimanov prospektindən Gülüstan yaşayış massivinə gedən hissədə hərəkət üçün yaranan məhdudiyyətlər aradan qaldırılmışdır.

Nizami Gəncəvi, Şah İsmayıl Xətai prospektlərində, Eminbəyli, Təbriz, Əhməd Cəmil və digər küçələrdə yolların təmiri davam etdirilir. Ümumiyyətlə, qısa vaxt ərzində şəhərdə 12 min 411 kvadratmetr avtomobil yolu, 3 min 400 kvadratmetrdən çox səki asfaltlanmışdır. Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsindəki yataqxanalarda yaşayan sakinlər üçün tikilən 249 mənzilli binada son tamamlama işləri görülür. Dövlət başçısının sərəncamı ilə Gəncəçayın üzərindəki 5 körpünün yenidən qurulması və bərpası işlərinə başlanılmışdır.

Çoxmərtəbəli binalarda yaşayan sakinlərin lift problemi də həll edilir. Şəhərin müxtəlif ərazilərindəki belə binalarda 75 yeni lift quraşdırılmışdır. Hazırda bu iş davam etdirilir.

Almaniya İnkişaf Bankının (KFW) krediti hesabına "Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması mərhələli şəkildə davam etdirilir. Layihə çərçivəsində Gəncə şəhərində 855 kilometr uzunluğunda içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulmuşdur. Artıq 304,3 kilometr içməli su şəbəkəsi inşa edilmiş, 144 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulmuş, 15 min 787 su sayğacı quraşdırılmışdır. Eyni zamanda, layihəyə görə 813 kilometr inşası nəzərdə tutulan kanalizasiya şəbəkəsinin 175 kilometrlik hissəsinin tikintisi aparılmışdır. Bununla da 3 min 773-dən çox ev kanalizasiya xəttinə, 3 min 256 ev su şəbəkəsinə qoşulmuşdur.

Hazırda şəhərdə infrastruktur layihələrinin icrası davam edir. Müsbət hal odur ki, qazıntı işləri zamanı baş verən dağıntılar yubadılmadan aradan qaldırılır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video