08 Noyabr 2019 23:47
529
CƏMİYYƏT
A- A+

DSX: Xidmətin vəzifəli şəxslərinə böhtan atan zabit barədə toplanılmış materiallar Hərbi Prokurorluğa göndərilib


Son günlər bəzi sosial mediada və "YouTube” kanalında Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti leytenant Əzizli Fərid Ceyhun oğlunun DSX-nin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə videoyazısı yayılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlərlə əlaqədar DSX-də araşdırma aparılıb, aidiyyəti hərbi qulluqçuların izahatları alınıb, guya qeyri-etik davranışa məruz qaldığı bildirilən vətəndaş dinlənilib. Araşdırma nəticəsində göstərilən hallar təsdiqini tapmayıb. Əsgərin valideyni ona qarşı hər hansı qeyri-etik davranışın, yaxud fiziki təsirin baş vermədiyini bildirib.

"Məlumat üçün bildiririk ki, leytenant F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq, xidmətində dönüş yaratması üçün ona imkan verilib, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib.

Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunan və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant F.Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bu halı xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya "həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir.

Həmin videoyazıda Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni, onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yalan olduğunu bilə-bilə yayılması ilə əlaqədar toplanılmış materiallar müvafiq hüquqi qiymətin verilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilib. Leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb”, - deyə DSX mətbuat mərkəzinin məlumatında qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video