07 Noyabr 2019 00:35
691
İQTİSADİYYAT
A- A+

2040-cı ildə dünyada indikindən xeyli çox enerji istehlak ediləcək


Tələbat günəş enerjisinə 10, külək enerjisinə 5 dəfə artacaq


"Keçən il dünyada əvvəlkindən daha çox enerji istehlak edilib. Bunun da iki əsas səbəbi var. Birinci səbəb iqlimlə bağlıdır, ikincisi isə sosial-iqtisadi sahələrin inkişafı ilə izah olunur”.

Bu fikirlər BP şirkətinin Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Drebentsova məxsusdur və onları Azərbaycanın neft-qaz mövzusunda yazan jurnalistləri ilə söhbətində səsləndirib. İqtisadçı bildirib ki, havanın temperaturu enerji istehlakına birbaşa təsir edir. Əgər həddindən artıq soyuq varsa istiləmə, hava normadan yuxarıdırsa, əksinə, soyutma lazım gəlir. İkinci amil isə yeni müəssisə və obyektlərin, qurğu və avadanlıqların işə düşməsidir. Belə ki, bunların hər biri enerji ilə fəaliyyət göstərir, yaxud hərəkətə gəlir.

2007-2017-ci illərə nisbətən ötən il neftin, qazın, kömürün, bərpa olunan enerjinin istehlakı çoxalıb. Başqa sözlə, bu mənbələrin istehlakı son on ilə nisbətən iki dəfə artıb.

Proqnozlara görə, dünyaya getdikcə daha çox enerji resursları lazım olacaq. Çünki ölkələr inkişaf etdikcə istehlak da artacaq. 2040-cı ildə 2020-ci ilə nisbətən 30 faiz çox enerjiyə ehtiyac yaranacaq.

Əhalinin çoxalması bu tələbatı daha da artırır. Belə ki, əhalinin sayı artdıqca soyuducu, kondisioner, kompüter, televizor və digər cihazlardan istifadə də genişlənir.

2040-cı ildə insanların və iqtisadiyyatın o cümlədən neftə ehtiyacı artacaq. Maraqlıdır ki, həmin vaxt Hindistan Çindən çox yanacaq istehlak edəcək. Dünyada günəş enerjisinə tələbat 10, külək enerjisinə 5 dəfə artacaq.

Sözügedən dövrdə bir sıra digər enerji mənbələri ilə yanaşı, qazın da istehlakının artacağı gözlənilir. Bu, yaxşı hal kimi izah olunur. Çünki qazdan istifadə kömürün işlədilməsini azaldır. Kömürdən istifadə ətraf mühitə daha çox ziyan vurur, yəni havaya zərərli qaz atqıları olur. Qazdan istifadə zamanı isə atqıların həcmi bir o qədər çox olmur. Bu səbəbdən də 2050-ci ilədək qarşıda kömürün qazla daha çox əvəz edilməsi məsələsi dayanır.

Atqılardan söz düşmüşkən, enerji istehlakı nəticəsində yaranan atqıların həcmi azalmır. Doğrudur, artım o qədər də böyük deyil, lakin mövcuddur. İstehlak artdıqca atqıların artması qarşısıalınmaz proses sayılsa da, hər halda onların azaldılması vacibdir.

Hasilat göstəricilərinə gəldikdə isə, keçən il neftçıxarma ən çox ABŞ-da artıb. Əgər əvvəllər bu, əsasən Səudiyyə Ərəbistanına aid idisə, indi birinciliyi ABŞ əldə edib, rekord həcmdə neft çıxarıb. Bu ölkədə hasilatın səmərəliliyini göstərən xətt də daim yüksəlir. Yəni burada bir qurğu ilə daha çox neft hasil edilir. Maya dəyəri aşağı düşür. Son beş ildə burada eyni həcm az məsrəflə hasil olunur.

Eyni sözləri qaz haqqında da demək olar. Əgər 2010-cu ildə qaz hasilatının artımı ən çox Rusiyada olmuşdursa, 2018-ci ildə bu göstərici üzrə birincilik ABŞ-ın payına düşüb.

Bu qeydlər Vladimir Drebentsovun hazırladığı "BP-nin dünya enerjisinə dair statistik icmalı” və "BP-nin enerji perspektivlərinə baxışı - 2040” nəşrlərində də öz əksini tapıb. Qeyd edək ki, Vladimir Drebentsov BP-nin Rusiya üzrə vitse-prezidenti vəzifəsində də çalışır, Rusiya hökumətinin ekspertlər şurasının üzvüdür. O, 1982-1993-cü illərdə Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Tədqiqatları üzrə İnstitutunda baş elmi işçi olub. Bundan sonra 2006-cı ilədək Dünya Bankında baş iqtisadçı vəzifəsində işləyib. BP-də çalışdığı isə artıq 13 ildir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video