06 Noyabr 2019 19:37
523
İQTİSADİYYAT
A- A+

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çinlə Türkiyə arasında yükdaşımaların müddətini 1 aydan 12 günə endirib


Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatan "China Railway Express” yük qatarının Ankara dəmir yolu vağzalında yola salınması mərasimində çıxış edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çinlə Türkiyə arasında yükdaşımaların müddətini 1 aydan 12 günə endirib. Nazir əlavə edib ki, yük qatarı Marmaray dəmir yolu xəttini də keçərək yükləri Avropaya çatdıracaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, türkiyəli nazir Marmaray xəttinin də modern İpək yolu layihəsinə qoşulması ilə Uzaq Şərqlə Qərbi Avropa arasında qatarların hərəkəti müddətinin 18 günə düşdüyünü qeyd edib. Onun sözlərinə görə, Avropa ilə Asiya arasında 21 trilyon dollarlıq ticarət həcminin olması bu marşrutun əhəmiyyətini daha da artırır. Cahit Turhan əlavə edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə səyləri ilə uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi polad relslər üzərində yükdaşımalarında yeni mərhələlinin başlanğıcı olub. "Təqribən 5 milyard insanın və 60 ölkənin istifadə edəcəyi İpək Dəmir Yolu Xətti qlobal ticarət əlaqələri üçün yeni və çox mühüm alternativə çevrildi”, -deyə nazir vurğulayıb.

Mərasimdə qeyd olunub ki, 42 iritonnajlı maşının daşıdığı yükə bərabər olan elektronika malları daşıyan 42 konteyner yerləşdirilmiş bu qatar 2 qitəni, 2 dənizi aşaraq 11 min 483 kilometrlik yolu 12 gündə qət edəcək. Onun son dayanacağı Praqa vağzalı olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video