06 Noyabr 2019 19:30
607
DÜNYA
A- A+

Tramp populyarlıqda 5 demokrat namizədə uduzur

ABŞ Prezidenti Donald Tramp dövlət başçısı seçkilərinə bir il qalmış populyarlığa görə Demokratlar Partiyasının beş təmsilçisindən geri qalır. Buna "Langer Research Assotiates” şirkətinin "ABC News” telekanalı və "Washington Post” qəzeti üçün keçirdiyi sorğunun nəticələri dəlalət edir.

Əgər prezident seçkiləri bu gün keçirilsəydi və Trampın rəqibi demokrat Co Bayden olsaydı, Ağ evin başçısına qeydiyyatdan keçmiş seçicilərin 39 faizi, onun rəqibinə isə 56 faizi səs verərdi. Vermont ştatından senator Berni Sanderslə analoji qarşıdurmada hazırkı Prezident 14 faiz geriləmə ilə məğlub olardı. Massaçusets ştatından senator Elizabet Uorren Trampı 15 faiz üstələyərdi. Amerika lideri Saut-Bend şəhərinin meri Pit Butticiçə 11 faiz, Kaliforniya ştatından senator Kamala Harrisə isə 9 faiz fərqlə uduzardı.

Həddi-büluğa çatmış 1003 amerikalının iştirak etdiyi sorğu ötən ayın 27-dən 30-dək telefonla keçirilmişdir. Statistik xəta 3,5 faiz təşkil edir.

ABŞ-da növbəti prezident seçkiləri gələn il noyabrın 3-də keçiriləcək. Hazırkı dövlət başçısı, respublikaçı Donald Tramp seçkilərə qatılmaq niyyətində olduğunu artıq elan etmişdir.

Demokratlar Partiyasından namizədlərin ilkin seçkiləri (praymeriz) fevraldan iyunadək keçiriləcək. Bundan sonra partiya qurultayında qalib seçiləcək. Məhz o, Trampın rəqibi olacaq.

Sorğuların əksəriyyətində Co Bayden birinci, Elizabet Uorren və Berni Sanders ikinci və üçüncü yerləri tuturlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video