05 Noyabr 2019 11:31
389
CƏMİYYƏT
A- A+

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən səkkiz nəfər saxlanılıb


Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-qoşun tədbirlərini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığındakı "Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan Respublikası vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bukavazin Sevinc Qərib qızı, 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il təvəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazin Mədinə Aslan qızı və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazin Zəminə Rəsul qızı olmaları müəyyənləşdirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video