Alternative content

00:41 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət vətəndaşların seçki hüququnun qorunmasına təminat verir
Dövlət vətəndaşların seçki hüququnun qorunmasına təminat verir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:51 02.11.2019


Seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına verilməsi və onlara baxılması qaydaları


Azərbaycan dövləti vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin hazırlanması və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir, Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydaların pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərarlar qəbul edir.

Seçki şikayəti seçkilərlə əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nəticələrinin ləğv edilməsinə və ya bu nəticələrə yenidən baxılmasına yönəldilmiş müraciətdir və belə müraciətlərin verilməsinə dair ümumi tələblər vardır.

Ümumiyyətlə, vətəndaşların seçki hüququnu pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət edilməsi, vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması Seçki Məcəlləsinin 112 və 112-1 maddələri və MSK-nın 12 avqust 2008-ci il tarixli 11/53-1 və 11/53-2 saylı qərarları ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” təlimatlarla həyata keçirilir.

Həmin normativ xarakterli aktlarda vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayətvermə qaydası, müddəti və şikayətin forması müəyyənləşdirilib. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Şikayət bir qayda olaraq yazılı verilir. Onun yazılı şəkildə verilməsi mümkün deyilsə, müstəsna hallarda şifahi, telefonla və ya elektron poçt vasitəsilə verilə bilər. Şikayətin verilmə müddətinin axını şikayətin verilməsi üçün hüququn əldə edilməsi anından başlanır və şikayətin poçta və ya istənilən komissiyaya verilməsi anında bitir.

Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) MSK-ya, MSK-nın qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apelyasiya instansiya məhkəməsinə şikayət edə bilər.

Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan qaldırılmasına dair qərar qəbul etməklə yanaşı, cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair MSK əsaslandırılmış qərar qəbul etməlidir.

Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərdə şikayətin ünvanlandığı komissiyanın adı, şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan və şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik əks olunmalıdır.

Əgər şikayətin obyekti qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir. Şikayətin obyekti hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı, vəzifəsi, hərəkətin mahiyyəti, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir. Şikayətin obyekti hərəkətsizlik olduqda isə şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını qeyd etməlidir.

Şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər. Verilən şikayətdə güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı, şikayətçinin tələbi öz əksini tapmalı, aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına müraciət edildikdə şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.

Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiya blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.

Şikayətçi öz ərizəsində şikayətin araşdırılmasında iştirak etmək niyyətində olub-olmadığını da bildirməlidir. Şikayətin yazılı və ya şifahi edilməsindən asılı olmayaraq onu qəbul edən seçki komissiyasının səlahiyyətlisi qeyd etdiyimiz bütün tələblərin orada öz əksini tapmasına əmin olmalıdır. Əgər şikayətdə qanunla nəzərdə tutulmuş şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət onu göndərən şəxsə geri qaytarılır.

Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməli və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi müvafiq qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Müvafiq seçki komissiyalarına təqdim edilmiş anonim şikayətlərə baxılmır və onlar daxil olduqdan sonra işə alınır. Şikayətin baxılması komissiyanın səlahiyyətlərinə aid olduqda verilmiş şikayətin qəbul olunmasından və ya araşdırılmasından imtina edilməsi və ya şikayəti şifahi qəbul edən zaman şikayətçi tərəfindən göstərilən tələblərin qeyd olunmaması qanunvericiliyə görə məsuliyyət yarada bilər.

Seçki komissiyaları öz səlahiyyətlərinə aid olmayan müraciət və şikayətlərə mahiyyəti üzrə baxıb təmin və ya rəddetmə barədə qərar qəbul edə bilməzlər. Bu halda şikayətlə bağlı aidiyyəti üzrə göndərmə barədə qərar qəbul edilməlidir.

Müvafiq seçki komissiyaları qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbuletmə tarixi və ardıcıl olaraq qeydiyyat nömrəsi göstərilməklə qeydiyyatını aparmalıdır. Şikayətin qeydiyyatı seçki komissiyalarının katibliyi vasitəsilə həyata keçirilir. Seçki komissiyasına telefon və ya internet vasitəsilə müraciət edilərsə, müraciət edən şəxsə onun hüquqları izah edilir, mümkün olarsa müraciət dərhal cavablandırılır.

Şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində 9 nəfərdən, dairə seçki komissiyaları nəzdində isə 3 nəfərdən ibarət ekspert qrupları yaradılır. Ekspert qrupu üzvlərinin təyinatı zamanı onların peşəkarlığı, faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində təcrübəsi əsas götürülür. Qrupa bu tələblərə cavab verən seçki komissiyası katibliyinin əməkdaşları, komissiya üzvləri də daxil edilə bilər.

Ekspert qrupunun yaradılması tərkibi haqqında qərar qəbul edildikdən sonra 24 saat ərzində dərc edilir. Ekspert qrupunun səlahiyyət müddəti onun yaradılması haqqında seçki komissiyası qərarının verildiyi gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gün başa çatır. Şikayətlərin araşdırılması zamanı ekspert qrupunun üzvü müstəqildir, yalnız qanuna tabedir və seçki komissiyaları tərəfindən müvafiq şəraitlə təmin edilir. Ekspert qrupu yaradıldıqdan sonra seçki komissiyasının katibi həm də qrupun əlaqələndiricisi (koordinator) kimi fəaliyyət göstərməyə başlayır. Koordinator ekspert qrupuna daxil deyil və onun işinin təşkilinə yardım və fəaliyyətinin qanunauyğunluqlarına diqqət yetirir.

Ekspert qrupunun koordinatorunun qrupun üzvləri arasında iş bölgüsünə, şikayətlərin araşdırılması vəziyyəti, müddəti və ona dair digər məsələlərlə bağlı müntəzəm məlumat almaq səlahiyyəti vardır. Bunlarla yanaşı koordinatorun zərurət olduqda ekspert qrupu üzvlərinin iclaslarını çağırmaq və şikayətlərin araşdırılması vəziyyətini onlarla müzakirə etmək, qrupun səmərəli fəaliyyət göstərməsi üçün zəruri təşkilati və digər tədbirlər görmək, ekspert rəylərinin və komissiya qərarları layihələrinin qanuna uyğun tərtib edilməsi üzərində nəzarəti həyata keçirmək kimi də səlahiyyətlərə malikdir.

Ekspert qrupu üzvləri qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərə malikdirlər. Şikayət üzrə əlavə məlumat tələb etmək, öz sorğu-sual və araşdırmasını aparmaq, əlavə məlumat almaq üçün komissiyanın sədri vasitəsilə dövlət orqanlarına müraciət etmək, zəruri hallarda əlavə dəlillər əldə etmək, habelə komissiyanın və katiblik əməkdaşlarının köməyindən istifadə etmək, şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy və qərar layihələrini təqdim etmək də bu səlahiyyətlərə aiddir.

Seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqda və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsinə və müvafiq təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir. Əgər şikayət düzgün və vaxtında tərtib edilibsə, bu halda ekspert qrupunun üzvü işə mahiyyəti üzrə baxıb əsaslandırılmış qərar qəbul edilməsi üçün müvafiq seçki komissiyasına rəy verməlidir. Bu zaman ekspert tərəfindən həm də qərar layihəsi tərtib edilir.

Şikayətin ekspert tərəfindən araşdırılması prosesində şikayətçinin yeni sənədlər və digər dəlillər təqdim etmək hüququ var. Ekspert şikayəti araşdırmaq üçün qəbul etdikdən sonra şəxsən, telefon və ya poçt vasitəsilə şikayətçinin şikayətinin araşdırılmağa başlandığı və bununla bağlı yeni dəlillər təqdim etmək hüququ izah edilir. Şikayətlərə baxılması nəticəsində ekspert qrupunun üzvləri aşağı seçki komissiyasının qərarının ləğv edilməsi, seçki subyektinə xəbərdarlıq edilməsi, Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina, qeydə alınmış namizədin qeydiyyatının ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə, habelə şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması barədə rəy verə bilərlər.

Ekspert qrupunun üzvü şikayətin araşdırılması əsasında müvafiq rəyi və şikayət üzrə qərar layihəsini müvafiq seçki komissiyasının iclasına çıxarır və iclasda bir qayda olaraq işlə bağlı qısa məruzə edir. Komissiya ekspert qrupu tərəfindən tövsiyə olunan qərar qəbul edərsə, onda komissiyanın yekun qərarı ekspert qrupunun təqdim etdiyi variantda tərtib edilir. Komissiya tövsiyə olunan qərarı qəbul etməzsə, bu zaman sədr fərqli mövqe təklif edən komissiya üzvünə müvafiq sübutlara və qanuna əsaslanan yeni qərar layihəsini hazırlamağı təklif edir. Komissiya həmin şikayət üzrə ekspert qrupu tərəfindən təkrar araşdırma aparılmasının zəruri olması qənaətinə gələrsə, şikayətin araşdırılması ekspert qrupunun digər üzvünə həvalə edilir ki, o da öz növbəsində müvafiq araşdırma aparıb şikayəti baxılmaq üçün yenidən komissiyaya təqdim edir. Komissiya şikayətlə bağlı qərar vermişdirsə, o, şikayətçini qərar barəsində xəbərdar etməlidir.

Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq əminliklə söyləmək olar ki, vətəndaşların seçki hüquqlarının müdafiəsi ilə bağlı şikayət və müraciətlərini hərtərəfli araşdırmaq və onların hüquqlarının tam təmin edilməsi üçün mükəmməl qanunvericilik bazası vardır. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz fəaliyyətlərini bu baza əsasında quraraq vətəndaşların seçki hüquqlarının daha səmərəli müdafiəsini təmin edirlər.

Etibar QULİYEV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM