5,1 milyon iqtisadi fəal əhalinin 4,9 milyon nəfəri işlə təmin olunmuşdur
Cari il oktyabrın 1-nə olan ilkin məlumatlara görə, ölkə üzrə iqtisadi fəal əhalinin sayı 5 milyon 195,3 min nəfər olmuşdur. Onlardan 4 milyon 943,6 min nəfəri məşğul əhalidir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla işləyənlərin sayı 1,6 milyon, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899 min, qeyri-dövlət sektorunda 712,1 min nəfər olmuşdur. Neft-qaz sektorunda 34,7 min, qeyri- neft-qaz sektorunda isə 1,5 milyon nəfərdən çox adam çalışır.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,1 faizi məhsul istehsalı sahələrində (7,5 faizi tikintidə, 7,4 faizi emal sənayesində, 3,3 faizi kənd və meşə təsərrüfatında, balıqçılıqda, 2,2 faizi mədənçıxarmada, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı) çalışır.
Xidmət sahəsində isə əhalinin 20,4 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi səhiyyə və sosial xidmət, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi istirahət, əyləncə, incəsənət, bir o qədəri peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə işləyir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib
28 Mart
Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib
28 Mart
Ukraynaya yardım mexanizmi müzakirə edilib - MƏLUMAT
28 Mart
Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
28 Mart
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
28 Mart
Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib ...
28 Mart
D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır
28 Mart
Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət alb...
28 Mart
Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub ...
28 Mart
Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!