Alternative content

01:13 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pərakəndə ticarət dövriyyəsində 3 faiz artım var
Pərakəndə ticarət dövriyyəsində 3 faiz artım var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:50 02.11.2019


İlin əvvəlindən ötən 9 ay ərzində ölkə üzrə pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3 faiz artaraq 27,6 milyard manata çatmışdır.

Dövlət Statistika Komitəsinin bu barədə açıqladığı məlumatda bildirilir ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla 309,8 manatlıq (2018-ci ilin eyni dövrü ilə müqayisədə 13,5 manat çox) əmtəə almışdır. Həmin əmtəənin 13,9 milyard manatlıqdan çoxu ərzaq məhsulları, içkilər və tütün məmulatları olmuşdur ki, bu da 2018-ci ilin eyni dövründəkindən 2,6 faiz çoxdur. Ticarət dövriyyəsi 13,6 milyard manatlıqdan çox olan qeyri-ərzaq məhsullarının satışı isə müqayisə olunan dövrü 3,3 faiz üstələmişdir. Beləliklə, 9 ay ərzində bir istehlakçı orta hesabla 156,7 manatlıq ərzaq, içki və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır. Bu vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içki və tütün məmulatlarının, 18,1 faizi geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqlarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına xərclənmişdir.

Bir neçə fakt da ödənişli xidmətlər barədə: hesabatda bildirilir ki, 9 ay ərzində ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 6,5 milyard manatlıqdan çox olmuşdur. Bu dövrdə hər bir ölkə sakini orta hesabla 664,2 manatlıq (ötən ilin müvafiq dövründəkindən 23,3 faiz çox) müxtəlif ödənişlərdən istifadə etmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM