02 Noyabr 2019 00:48
490
İQTİSADİYYAT
A- A+

Vergi uçotunun dürüstləşdirilməsində əsas məqsəd şəffaflığın təmin edilməsidir


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlar vergi uçotuna durmadıqları halda onlara qarşı nə kimi tədbirlər görülür?

Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddırlar. Aylıq əməkhaqları 8000 manatdan az olan işçilər isə gəlir vergisinə cəlb olunmurlar. Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları vergi uçotuna durmalı və vergi orqanına hesabat verməlidirlər. Belə olan halda onlar dövlətdən subsidiya ala, sərfəli şərtlərlə kredit və müxtəlif yardımlardan faydalana bilərlər.

Bundan əlavə, uçotda olanlar sosial sığorta haqlarını ödəməklə gələcəkdə fərdi pensiya ilə təmin ediləcəklər. Vergi uçotuna durmayan, hesabat və bəyannamələri vaxtında təqdim etməyən vergi ödəyicilərinə qarşı isə qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq olunur.

Ümumilikdə, uçotun dürüstləşdirilməsində əsas məqsəd real vəziyyəti dolğun və dürüst əks etdirən uçot sisteminin qurulması və şəffaflığın təmin edilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video