Alternative content

17:55 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təsərrüfat subyektlərinin xarakteristikası nədən xəbər verir
Təsərrüfat subyektlərinin xarakteristikası nədən xəbər verir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:48 02.11.2019


Dövlət Statistika Komitəsinin (DSK) cari il yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatda bildirilir ki, bu dövr ərzində ölkə üzrə statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 8,9 faiz artaraq 141949 olmuşdur.

Artım iqtisadiyyatın "Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, "İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Nəqliyyat və anbar təsərrüfatı”, "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, "Peşə, elmi və texniki fəaliyyət”, "Emal sənayesi”, "İnformasiya və rabitə” sahələrində daha çox qeydə alınmışdır. "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Digər sahələrdə xidmətlərin göstərilməsi”, "Tikinti”, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, "Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi isə daha yüksək olmuşdur.

Xüsusi mülkiyyətə aid olan statistik vahidlərə gəldikdə, burada əsas hissə "Ticarət; nəqliyyat vasitələrinin təmiri” (29,7 faiz), "Digər sahələrdə xidmətlərin göstərilməsi” (20,3 faiz), "Tikinti” (10 faiz), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (8,1 faiz), "Peşə, elmi və texniki fəaliyyət” (6,8 faiz), "Emal sənayesi” (5,7 faiz) sahələrinin payına düşmüşdür.

DSK-nın məlumatında həmçinin bildirilir ki, reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr Türkiyə (26 faiz), İran (10,3 faiz), Rusiya (5,8 faiz), Böyük Britaniya (5,7 faiz), ABŞ (2,2 faiz) və Almaniyanın sahibkarları tərəfindən yaradılmışdır. O da qeyd edilir ki, hesabat dövründə statistik vahidlərin 99 faizi xüsusi mülkiyyətli (o cümlədən 14,3 faizi tam xarici investisiyalı və 2,1 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 0,9 faizi isə dövlət mülkiyyətli müəssisələr olmuşdur.

Yerləşdikləri ərazilərə gəldikdə, onların 84 faizi Bakıda, 4,4 faizi Abşeron, 3,9 faizi Aran, 2,3 faizi Gəncə-Qazax, 1,4 faizi Quba-Xaçmaz, 1,3 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınmışdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM