01 Noyabr 2019 18:38
809
CƏMİYYƏT
A- A+

Lənkəranda Prezident İlham Əliyevin islahatlar strategiyasına həsr olunan regional konfrans keçirilib


Noyabrın 1-də Lənkəran şəhərində "Prezident İlham Əliyevin islahatlar strategiyası: davamlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda regional konfrans keçirilib.

Azərbaycan Ağsaqqallar Şurası, Lənkəran Şəhər İcra Hakimiyyəti və "Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 12 rayonun Ağsaqqallar şuralarının sədrləri, həmin rayonların Gənclər və İdman idarələrinin rəisləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon təşkilatlarının sədrləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, bu gün müasir müstəqil Azərbaycan uğurla inkişaf edir. Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar kursu milli inkişafın davamlılığına və sürətlənməsinə böyük töhfə verir.

"Ölkəmizdə bütün sahələrdəki inkişaf Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir”, - deyən F.Heydərov Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər özündən sonra bizə böyük bir yol - Heydər Əliyev yolunu yadigar qoyub. Böyük rəhbərin varisi Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir.

Azərbaycanda həyatın bütün sahələrində qazanılmış uğurlarda yaşlı nəslin nümayəndələrinin da əməyi olduğunu vurğulayan F.Heydərov ağsaqqalların keçdiyi ömür yolunun gənclərimizə örnək olduğunu diqqətə çatdırıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, bu gün ağsaqqallar gənclərlə bir araya gələrək aktual mövzunu müzakirə edirlər. Ölkəmizdə aparılan uğurlu islahatlar cəmiyyətin dayanaqlı inkişafını təmin etməklə sosial məsələlərin həllinə, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlib.

Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf prosesində regional inkişafın mühüm yer tutduğunu vurğulayan T.Qaraşov regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Lənkəran rayonunda da tikinti, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin Lənkərana 13 dəfə səfər etdiyini və bu səfərlərin nəticəsi olaraq rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 16 Sərəncamın imzalandığını vurğulayıb.

Dayanıqlı inkişafı təmin etmək üçün ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin mühüm əhəmiyyətə malik olduğunu söyləyən icra başçısı, kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilmiş Dövlət proqramlarının icrası ilə bağlı Lənkəranda görülmüş işlərdən də danışıb.

Konfransda çıxış edən "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, bu gün Azərbaycan özünün inkişaf mərhələsini yaşayır, ölkəmiz heç zaman bugünkü kimi güclü olmayıb. Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışan B.Sadıqov ağsaqqalların öz təcrübələrini gənclərlə bölüşməsinin əhəmiyyətini yüksək dəyərləndirib.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, rayonların Ağsaqqallar şuralarının sədrləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon təşkilatlarının sədrləri, Gənclər və İdman idarələrinin rəisləri də çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ağsaqqalların əsas vəzifəsi ölkədəki sabitliyin qorunmasına çalışmaq və qazanılmış uğurlar barədə gəncləri düzgün məlumatlandırmaqdır.

Diqqətə çatdırılıb ki, gənclər Prezident İlham Əliyevin yeni islahatlar kursunu tam dəstəkləyir və Zəfər Nidasını Qarabağda qoymağa tam hazırdırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video