01 Noyabr 2019 18:28
554
DÜNYA
A- A+

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi


ABŞ İranla əlaqəli sanksiya siyahılarını genişləndirmişdir. Siyahılara İran tikinti sektorunun müəssisələri daxil edilmişdir. ABŞ hökuməti həmçinin ölkəyə bəzi materialların təchizatını qadağan etmişdir. Bu barədə Dövlət Departamentinin bəyanatında məlumat verilmişdir.

Sənəddə qeyd olunur ki, sanksiyaların genişləndirilməsi İranın nüvə silahı əldə etməsi riskini azaltmağa kömək edəcək və ölkədəki obyektlərin nüvə proqramına istiqamətləndirilməsinə imkan verməyəcək. İnşaat sektoru İslam İnqilab Qvardiyasının nəzarətində olduğundan sanksiyalara məruz qalmışdır.

Bundan əlavə, İrana emal olunmamış, yaxud yarıemal edilmiş metalların, qrafitin, kömürün və bu sektor üçün proqram təminatının göndərilməsi qadağan edilmişdir. Siyahıya həmçinin nüvə, yaxud raket proqramlarında istifadəsi güman olunan materiallar – polad borular, folqa və s. daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video