01 Noyabr 2019 17:27
578
DÜNYA
A- A+

Cənubi Koreya helikopteri dənizə düşdü

Cənubi Koreya helikopteri Yaponiya ilə mübahisəli Tokto adalarının yaxınlığında dənizə düşmüşdür. Helikopterdə olan yeddi nəfər itkin düşmüş hesab edilir. Bu barədə "Yonhap” agentliyi xəbər verir.

Agentliyin xəbərinə görə, helikopter gecə saatlarında Toktodan havaya qalxmış və bundan sonra dənizə düşmüşdür. Onun içərisində 2 balıqçı və 5 xilasedici olmuşdur. Onların axtarışı üçün hərbi gəmilər, helikopterlər, bir neçə balıqçı gəmisi və dalğıclar cəlb edilmişdir.

Dənizə düşmüş helikopter Fransanın "Airbus Helicopters” şirkətində hazırlanmışdır. 28 sərnişin daşıya bilən uçuş aparatı saatda 250 kilometr sürətlə beş saat uçmağa qadirdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video