Alternative content

00:35 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Nizami Cəfərov. Biblioqrafiya” kitabı və “Nizami Cəfərov - 60” elektron məlumat bazası təqdim olunub
“Nizami Cəfərov. Biblioqrafiya” kitabı və “Nizami Cəfərov - 60” elektron məlumat bazası təqdim olunub
ANA SƏHİFƏ / Elm və texnika
16:47 01.11.2019
Noyabrın 1-də Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi "Nizami Cəfərov. Biblioqrafiya” kitabının və "Nizami Cəfərov - 60” elektron məlumat bazasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Nizami Cəfərovun zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən söhbət açıb. Bildirib ki, akademik Nizami Cəfərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Şöhrət” ordeni ilə təltif edilib.

"Nizami Cəfərov. Biblioqrafiya” kitabında alimin zəngin yaradıcılığı haqqında geniş məlumat toplandığını, görkəmli şəxsiyyətlərin onun haqqında fikirlərinin də əksini tapdığını bildirən professor nəşrin tədqiqatçılar, kitabxanaçılar, tələbələr, ümumiyyətlə, geniş oxucu üçün nəzərdə tutulduğunu vurğulayıb.

Kərim Tahirov məlumat verib ki, Nizami Cəfərovun həyat və yaradıcılığı ilə daha geniş kütlənin tanış olması üçün "Nizami Cəfərov - 60” elektron məlumat bazası da hazırlanıb.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək akademik Nizami Cəfərovun əsərlərinin qeyri-standartlığı, orijinal üslubu, yüksək peşəkarlığı ilə seçilən yaradıcı alim olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda dilçilik elmi ilə yanaşı, ədəbiyyatşünaslıq məsələləri ilə məşğul olan alim zəngin yaradıcılığa malikdir. Milli Kitabxana tərəfindən hazırlanmış biblioqrafiya akademikin yaradıcılığına verilmiş dəyərli töhfədir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Nizami Cəfərov Azərbaycan ədəbi prosesinin önündə gedir, onun aparıcı qüvvələrindən biridir. O, ədəbi prosesin fəal iştirakçılarının dərc olunan hər hansı əsərində xırda bir irəliləyiş, mütərəqqi düşüncə görürsə, dərhal mətbuatda ona öz müsbət fikirlərini bildirir, müəllifi daha böyük uğurlara ruhlandırır.

Xalq şairi Nəriman Həsənzadə Nizami Cəfərovun tələbəlik dövründən fəal, zəhmətkeş olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dilçilik elmi ailəsi və türk dünyası elmi mühiti Nizami Cəfərovu müasir Azərbaycan dili, ədəbi dil tarixi, türkologiya və ümumi dilçilik üzrə görkəmli alim-mütəxəssis kimi qəbul edir.

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud çıxış edərək akademikin dilçilik və filologiya elminin nəzəri və praktik sahəsindəki xidmətlərindən, dil və ədəbiyyatın tədrisinə, klassik və müasir milli ədəbi prosesin tədqiqinə verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, Nizami Cəfərov milli ədəbi fikrin keşiyində duran fədakar alim, vicdanlı vətəndaş, fikrini sərbəst ifadə edən səmimi siyasi xadimdir.

Afaq Məsud Nizami Cəfərovun Azərbaycan ədəbi tənqid tarixinin parlaq yetirməsi, bu tarixi mütərəqqi fikir və ideyalarla qurub-yaratmış, onun formalaşması və inkişafında əvəzsiz xidmətləri olan böyük alimlər pleyadasının layiqli davamçısı olduğunu bildirib. Vurğulayıb ki, Nizami Cəfərov fikir müstəvisini bədii sözə sevgi və sədaqətlə zənginləşdirən, milli ədəbiyyatın yönləndirilməsi və dəyərləndirilməsi ənənəsini müstəsna baxışları, əsərə, ədəbi mətnə yeni, fərdi yanaşması ilə təzələyən novator alimdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Misir Mərdanov çıxışında Nizami Cəfərovu ədəbiyyatşünaslıq elmimizə ən çox töhfə verən, müasir ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan alim kimi qiymətləndirib.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Nizami Cəfərovu bir müəllim, pedaqoq kimi dəyərləndirib.

"Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan qeyd edib ki, Nizami Cəfərov XX əsrdə ədəbiyyatşünaslıqla dilçiliyi birləşdirən alimlər sırasında öz dəstxəti ilə seçilir. O, gənc tədqiqatçıların elmi təfəkkürünün formalaşmasına da təsir göstərə bilib.

Professor Rüstəm Kamal qeyd edib ki, Nizami Cəfərovun ilk elmi araşdırmaları ilə tanış olarkən onun bütün yaradıcılığı boyunca eyni təfəkkür pafosu, sabit intellekt emosiyası ilə qarşılaşırsan. Məhz epik təfəkkür estetikasına söykənən bir tale seçimi həmin pafosun mahiyyətini təşkil edir.

Tədbirdə "Nizami Cəfərov - 60” Elektron məlumat bazası təqdim olunub.

Sonda Nizami Cəfərov çıxış edərək kitabın və elektron məlumat bazasının ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, "Nizami Cəfərov. Biblioqrafiya” kitabının tərtibatçısı Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva, elmi redaktoru və "Ön söz”ün müəllifi professor Kərim Tahirovdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM